Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olduqlarını təsdiqləyiblər
02.02.2023 [11:14]
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən, hər il fevral ayının 2-də ölkəmizdə Gənclər Günü qeyd edilir. Yəni Azərbaycanda Gənclər Gününün bayram kimi qeyd edilməsi Ümummilli Liderimizin adı ilə bağlıdır. Onu da qeyd edək ki, ötən əsrin ortalarından bu günə qədər Azərbaycan gəncliyinin əsl vətəndaş kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub, Onun hələ sovet dövründə Azərbaycan gəncliyinə göstərdiyi qayğı ölkənin yüksəlişinin əsasını təşkil edib.
Birmənalı şəkildə demək olar ki, Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün mərhələlərində gənc nəslə qayğısını heç vaxt əsirgəməyib. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan və Azərbaycan dövlətini məhv olmaqdan xilas edən Ulu Öndər gənclərin problemlərini diqqət mərkəzində saxlayıb. Dahi şəxsiyyət gənclərə diqqət və qayğıya dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi yanaşıb, gənclər siyasətinin institutlaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoyub.
Dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən, istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis olunub.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, gənclərin əsl vətəndaşı kimi formalaşmasına xüsusi önəm verilib. 9 aprel 2002-ci il tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanunla respublikamızda gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları müəyyənləşdirilib və beləliklə, həmin sahədə yaranan münasibətlər tənzimlənib.
Uzun illərdir aparılan gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu, öz bariz ifadəsini 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində tapıb. Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda cəsarətlə döyüşən hər bir qəhrəman gəncimizin adı xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazılıb. Məhz Azərbaycan gəncinin fədakarlığı sayəsində əldə olunan bu parlaq Zəfərlə ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Gənclərimiz Vətən uğrunda döyüşlərlə misilsiz şücaətlər, qəhrəmanlıqlar nümayiş etdirməklə bərabər, arxa cəbhədə ölkəmizin haqq səsinin bütün beynəlxalq aləmə yayıb, Qarabağ həqiqətləri, Ermənistanın işğal siyasəti, törətdiyi vandalizm aktları ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırıblar. Bununla da Azərbaycan gəncləri milli-mənəvi dəyərlərə, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olduqlarını təsdiqləyiblər.
Onu da qeyd edək ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin dövlətimizin inkişaf və yüksəliş yolunda fəaliyyətinə dəstək verir. Azərbaycan gəncliyi bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasında, yurd yerlərimizin talan edilməsinin qarşısının alınmasında fəallıq göstərir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəalların hər cür çətinliyə, soyuq hava şəraitinə baxmayaraq, davamlı aksiya keçirmələri də Azərbaycan gəncliyinin milli təəssübkeşliyindən xəbər verir.
Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01

