Göygöl rayonunda Heydər Əliyev İli çərçivəsində silsilə tədbirlər davam edir
01.02.2023 [16:33]
Göygöl rayonunda Heydər Əliyev ili ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq 30.01.2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, QHT nümayəndələri və fəal gənclər iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Kəmalə İbrahimova gündəlik məsələni iştirakçıların diqqətinə çatdırmış, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz fəaliyyətindən danışmışdır.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək xalqımızın və dövlətimizin bu günə gəlib çatmasının əsasında məhz Heydər Əliyev şəxsiyyətinin dayandığını və onun nurundan yaranmış Yeni Azərbaycan Partiyasının çox böyük rolunun olduğunu bildirmişdir.
Vüqar İsayev Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açmış, Müasir Azərbaycanın regionun güc mərkəzinə çevrilməsində Yeni Azərbaycan Partiyasının aktiv rolundan bəhs etmiş, aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara imza atdığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirmişdir.
Əsas hədəflərdən birinin gənclərin innovasiya yönümlü potensiallarının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının daha da artırılması olduğu barədə məlumat verərək, öz potensialları ilə fərqlənən gənclərin daim irəli çəkilməsinin prioritet olduğunu bildirən Vüqar İsayev Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirmiş, gənclərə gələcəyin çağırışlarına öz töhfələrini vermələri üçün daha da aktiv olmalarını tövsiyə etmişdir.
YAP Göygöl rayon təşkilatının məsləhətçisi Semur Əsgərov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Təhsil sektorunun müdiri Elnur Qasımov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Valeh Əsədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin direktoru Raul Abbaszadə, Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və digərləri çıxış edərək, gəncliyin inkişafı ilə bağlı görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışmış, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu bildirmişlər.
Bütün çıxış və nitqlərdə gənclərə göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanmış, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

