Azərbaycan – Çin münasibətləri yüksələn templə inkişaf edir
23.01.2023 [10:33]
Cari ilin yanvar ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Səfər çərçivəsində ölkə başçısı Çinin China Global Television Network televiziya kanalına geniş məzmunlu müsahibə verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, “30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Birlikdə beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”
İki ölkə arasında formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir və tərəflər bir sıra strateji sahələrdə məhsuldar əməkdaşlıq etmişlər. Xüsusilə də ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfərindən sonra iki ölkə arasında əlaqələrin spektri genişləndirilmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur.
Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri Çin Xalq Respublikası olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur.
Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir. Çin tərəfindən irəli sürülən məşhur “Bir kəmər, bir yol” qlobal nəqliyyat dəhlizi layihəsini ilk dəstəkləyən ölkələrdən biri məhz Azərbaycandır. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanması həmin layihənin gerçəkləməsində önəmli rol oynayır.
Azərbaycanın müəllifi olduğu Bakı – Tbilisi – Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək yolu iqtisadi kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz üçün bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur.
Nəqliyyat layihələrinin reallaşdırılması nəticəsində iqtisadiyyatımız günü – gündən şaxələnir və neft-qaz gəlirlərindən asılılıq azalır. Məhz buna görədir ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə deyil, eyni zamanda, səmərəli idarəetmə nəticəsində gerçəkləşib.
Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, Çin və Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.
Varis Rüstəmov, YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

