/ / Xəzər rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
Xəzər rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
19.01.2023 [11:49]
18 yanvar 2023-cü il tarixində Xəzər rayonunda “Heydər Əliyev İli” çərçivəsində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, Milli Məclisin deputatları Rauf Əliyev və Kamilə Əliyeva, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, İctimai Şuranın üzvləri, RİH başçısı Aparatının məsul şəxsləri, təhsil, səhiyyə müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov 1990-cı ilin qanlı yanvar hadisələrindən danışaraq, 19-dan 20-nə keçən gecə SSRİ-nin siyasi rəhbərliyinin və güc strukturlarının Azərbaycanın müstəqilliyi, suverenliyi naminə şüarlar səsləndirən, öz konstitusiya hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış həmvətənlərimizin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətliyamı barədə geniş məlumat verib. Qeyd edib ki, qətliyam nəticəsində Bakıda və ətraf rayonlarında xüsusi amansızlıqla 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Rauf Əliyev, Kamilə Əliyeva, Namiq Əhmədov, Təvəkkül Səlimov oz çıxışlarında qanlı 1990-ci ilin yanvar hadisələri barədə danışaraq, 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Moskva şəhərində yerləşən Azərbaycanın daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına başsağlığı verməsini və bu hadisələrdə əsas günahkar kimi o zamankı respublika və SSRİ rəhbərliyini ilk növbədə Qorbaçovu göstərməsini vurğulayıblar. Bu, 20 Yanvar qırğınına verilmiş birinci siyasi qiymət idi. Qeyd edilib ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ümumxalq Hüzn Günü elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Sonda çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nına uyğun olaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub. “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirin tarixi və siyasi əhəmiyyətindən söz açan Elşən Qurbanov qeyd etdi ki, Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi cənab Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsi xalqın qəlbində olan Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha sübut etdi və bu müharibədə canından keçən şəhidlərimizin, Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

