Yeni qanun siyasi münasibətlərin inkişafında mühüm rol oynayacaq
17.01.2023 [16:29]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların təzahürü olaraq cəmiyyətimizdə yeni siyasi konfiqurasiya formalaşıb. Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıq edirlər. Bu islahatların nəticəsidir ki, Milli Məclisin rəhbərliyində, eləcə də komitə sədr və müavinləri arasında siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri təmsil olunurlar. Bu fakt həm də, ölkəmizdə siyasi dialoqun inkişafının nümunəsidir. Eyni zamanda, son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması da məmnunluq doğuran amillər sırasındadır. 44 günlük Vətən müharibəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanatla çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Ordumuza dəstək nümayiş etdirdilər.
Beləliklə, Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün siyasi partiyalar haqqında yeni qanunun hazırlanmasını zəruri etmişdi. Çünki 1992-ci ildə qəbul olunmuş qanun günün tələblərinə cavab vermirdi. Bunun məntiqi nəticəsi olaraq, bir neçə ay əvvəl parlamentdə təmsil olunan bütün siyasi partiyalar Milli Məclisin rəhbərliyinə müraciət edərək siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Ötən dövrdə yeni qanun hazırlanaraq ərsəyə gətirildi, ölkədə fəaliyyət göstərən siyasi partiyalara qanunla bağlı təkliflər vermələri tövsiyə edildi, 47 partiya sənədlə bağlı öz təkliflərini verdi. Yeni qanun layihəsi ilə bağlı parlamentdə ictimai dinləmələrin keçirilməsi də bu yöndə müsbət addım oldu. Sənədin hazırlanması zamanı Azərbaycanda mövcud siyasi sistemin bütün xüsusiyyətləri və Avropa dövlətlərinin bu sahədə təcrübəsi nəzərə alınıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəyləri də diqqət mərkəzində olub. Geniş müzakirələrdən sonra Milli Məclis ötən ilin dekabr ayında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Bir neçə gün əvvəl isə dövlət başçısı qanunu təsdiqlədi.
Qeyd etmək lazımdır ki, yeni qanunda mütərəqqi yeniliklər əksini tapır. Qanunun ilkin variantında dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvünün olması tələb edilirdisə, yekun variantında bu tələb 5000-ə endirilib. Sənədə əsasən, siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir. Siyasi partiyanın adında, qısaldılmış adında və rəmzlərində irqi, dini, mənşə, cinsi, etnik xüsusiyyətlərə istinad olunması, habelə fiziki şəxslərin adlarından istifadə edilməsinə yol verilməyəcək. Bundan əlavə, layihədə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılması qaydası da müəyyənləşib. Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla yanaşı, parlamentdən kənarda qalan partiyalara da maliyyə veriləcək. Bu, qanunun müvafiq maddələri ilə tənzimlənəcək. Qanuna əsasən siyasi partiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyaların aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunacaq.
Ümumiyyətlə, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Siyasi partiyalar haqqında” qanun cəmiyyətdə milli həmrəylik, siyasi dialoq mühitinin daha da güclənməsinə xidmət edəcək. Siyasi partiyalar vətəndaşlarımızın milli maraqlar ətrafında birləşməsində, konsolidasiya olunmasında və demokratik cəmiyyətin təşəkkülündə daha fəal iştirak etmək imkanı qazanacaq. Bu prosesdə cənubi Qafqazın ən güclü siyasi qüvvəsi, cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası da öz töhfələrini verəcək!
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

