“Siyasi partiyalar haqqında” yeni qanun zamanın tələbidir
14.01.2023 [17:26]
Ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. Bu müasir zamanın tələblərindən irəli gələn bir məsələdir. Yeni qanun layihənin hazırlanmasında bir neçə qabaqcıl Avropa ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Böyük ictimai əhəmiyyət daşıyan yeni qanun layihəsinin hazırlanmasına həssaslıqla yanaşılıb. Qanun layihəsi hazırlanarkən ölkəmizdəki siyasi partiyalar tərəfindən daxil olan təkliflərə də diqqət yetirilmişdi. 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdu.
Qeyd edək ki, siyasi partiyalar haqqında indiyədək olan qanun 1992-ci ilin iyununda qəbul edilmişdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilsə də, müasir dövrümüzlə ayaqlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması vacib idi. Ölkəmizdəki bir çox siyasi ekspertlərin yekdil fikri bundan ibarətdir ki, yeni dövlət sənədi bu baxışın ifadəsi baxımından kifayət qədər əlverişli məzmuna malikdir.
Siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi siyasi sistemimizin özünün sifarişindən irəli gələn bir məsələdir. Odur ki, Milli Məclisdə təmsil olunan 11 siyasi partiyanın bu barədə təşəbbüsü dərhal müsbət qarşılandı və nəticədə, bu günkü siyasi münasibətlərin tələblərinə uyğun olan yeni qanun layihəsi ərsəyə gəldi. Yeni qanunun qəbul edilməsini zəruri edən səbəblər vardır ki, bunlardan birincisi ölkəmizdə aparılan dərin siyasi islahatlardır.. Başqa bir səbəb ondan ibarətdir ki, əvvəlki qanun 1992-ci ildə qəbul edildiyi üçün günümüzün reallıqları və siyasi sistemimizin inkişafı ilə ayaqlaşmırdı.
Bu gün ərazi bütövlüyümüz bərpa edilib, Qarabağ problemi aradan qaldırılıb və bu tarixi proses nəticəsində cəmiyyətimizdə 44 günlük müharibədən sonra yeni siyasi mühit yaranıb. Bütün bunlar siyasi fəaliyyət baxımından günün tələblərinə cavab vermədiyindən daha təkmil yeni qanun hazırlamaq lazım idi. Ona görə də Milli Məclisdə qəbul edilən yeni qanun daxili siyasi aktorlarımızın, siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının geniş müzakirəsinə təqdim edildi, 200-ə qədər əlavə və dəyişikliklər edilərək təkmilləşdirildi. Nəticədə yeni reallıqda siyasi sistemimizdə milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir qanun layihəsi ortaya çıxdı.
Hazırkı mərhələdə ölkəmizin yaratdığı yeni siyasi reallıqlar siyasi partiyalarımız qarşısında yeni vəzifələr və çağırışlar müəyyənləşdirib. Ona görə də siyasi partiyalar haqqında qanun da bu çağırışların və vəzifələrin reallaşmasına hüquqi əsaslar yaratmalı idi. Yeni qanun da siyasi sitemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər təkmildir. Bu qanun siyasi spektrdə böyük canlanma yaradacaq və ölkədə mövcud olan siyasi partiyaların fəaliyyəti üçün əsl lokomotiv rolunu oynayacaq. Yeni qanun eyni zamanda siyasi qüvvələr arasında faydalı və mövcud siyasi konfiqurasiyanın ahənginə uyğun olan şəffaf münasibətlərin formalaşması üçün də zəmin yaradacaq.
Ümid edirik ki, yeni qanun hər şeydən əvvəl, ölkəmizin milli təhlükəsizlik maraqlarına xidmət edərək dövlətimizin siyasi həyatında aktiv şəkildə iştirak edəcəkdir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

