Azərbaycanı möhtəşəm zirvələrə aparan güclü Lider
24.12.2022 [13:21]
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə həyata keçirilən uğurlu iqtisadi, sosial və siyasi islahatların nəticəsi olaraq Azərbaycan quruculuq, inkişaf və yüksəliş baxımından müasir, nüfuzlu dövlətə çevrilib. Dövlət başçısı verdiyi bütün vədlərə əməl etməklə xalqın alternativsiz liderinə çevrilib və Azərbaycanı, məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi dövlət səviyyəsinə yüksəldib. Cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu.
Qloballaşma dövründə zamanın çağırışlarına dəstək verən Azərbaycan beynəlxalq aləmdə güclü və nüfuzlu dövlət və davamlı inkişafın təmin olunduğu ölkə kimi yüksək imicə sahib olaraq, dünya birliyinin ayrılmaz parçasına çevrilib. Ölkəmizdə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını yüksək səviyyədə təmin edib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf əldə olunan nailiyyətlərdir. 2003-cü ildən bugünümüzə qədər olan dövrdə Cənab Prezident İlham Əliyevin Prezidentlik dövründə gördüyü irimiqyaslı işlərin ölkənin iqtisadi qüdrətinin və onun beynəlxalq nüfuzunun artırılmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına səbəb olub. Xalq və dövlət naminə bütün istiqamətlərdə möhtəşəm uğurlara imza atılıb.
Dövlət başçısının vurğuladığı kimi, "Güclü olmaq, dünyada söz sahibi olmaq üçün iqtisadiyyatımız güclü olmalıdır". Əlbəttə ki, ölkə iqtisadiyyatını xarakterizə edən əsas amil dayanıqlıqdır. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. "2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq", - Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanı dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevirdi. Prezident İlham Əliyevin apardığı xarici siyasət Azərbaycanı dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun BMT, Avropa İttifaqı, MDB, İƏT, Qoşulmama Hərəkatı kimi təşkilatlarla əlaqələrini möhkəmləndirir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Xarici siyasət sayəsində əldə olunmuş nailiyyətlər ölkəmizin müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafına mühüm təsir göstərir. Xarici siyasətdə yaxın qonşularla birgə layihələrin həyata keçirilməsi və həmin ölkələrlə münasibətlərdə yeni yanaşma, Avropa və Avropa İttifaqı ölkələri ilə münasibətlər, yeni sazişlərin, imzalanması, genişmiqyaslı layihələrin reallaşması mövcud əlaqələrin daha da yüksəlməsinin təzahürüdür. Azərbaycan 44 gün davam edən Vətən müharibəsində qələbə çaldı, milyonlarla insan qələbə sevincini yaşadı. Azərbaycan Prezident İlham Əliyev siyasi iradəsi, müdrikliyi xalqımızın tarixinə Qalib Xalq ifadəsini yazdırdı. Dövlət başçısı çıxışlarının birində bildirmişdi ki, bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir.Bu gün Qarabağımız, Şərqi Zəngəzur yenidən qurulur. 44 günlük tarixi Zəfərimizin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafı ilə məhdudlaşmır. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir.Azərbaycan öz qüdrətli Liderinin uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə öz töhfələrini verəcəkdir.
AZƏR SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57

