İşğaldan azad olunmuş ərazilərimiz günü – gündən çiçəklənməkdədir
22.12.2022 [14:32]
Azərbaycan Beynəlxalq müstəvidə siyasi, iqtisadi və strateji cəhətdən böyük nüfuz sahibi olan ölkədir. 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi və tarixi ədaləti bərpa etdi.
Dövlət başçımız noyabr ayının 16-da imzaladığı sərəncamı ilə layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəd, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" imzalanmışdır.
Böyük Qayıdışın ilk addımları isə Zəngilan rayonunun Ağalı kəndində atıldı. 30 il ağır məcburi köçkünlük həyatı yaşamış insanlar bundan sonra doğma yurdlarında müasir şəraitdə yaşayacaqlar.
Məlum olduğu kimi , ölkədə iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi bütün sahələrin tərəqqisini təmin edib, əhalinin gəlirlərinin artmasını, işsizliyin həmçinin yoxsulluğ səviyyəsinin azalmasını şərtləndirib və vətəndaşların rifahı daha da yaxşılaşdırıb.
Dövlət başçımız İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad edilmiş ərazilərdə görülən bərpa quruculuq işləri düşünülmüş, planlı şəkildə həyata keçirilir və bütün sahələri əhatə edir. İlk növbədə enerji infrastrukturunun qurulması, əhalinin həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması, daha sonra internet, poçt xidmətləri, rabitə infrastrukturu təmin edilmişdir. Xidmət sahələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər hazırda sürətlə davam etdirilir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Bir sözlə, həmin bölgələrin potensial imkanı böyükdür. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş-elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir və onların uğurla nəticələnəcəyinə şübhə yoxdur. Bu bölgəyə digər böyük şirkətlər də maraq göstərirlər.
Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir Beynəlxalq təşkilatdan kömək almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma torpaqlarına geri qayıtması və respublikamızın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır.
Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Tezliklə Böyük Qayıdış intensivləşəcək, uzun həsrətə son qoyulacaq, respublikamız dünyanın ən inkişaf edən ölkələrindən birinə çevriləcəkdir.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

