Hərbi Qənimətlər Parkı xalqımız üçün qürur yerinə, ermənilər üçün göz dağına çevrilib
09.12.2022 [16:14]
Müasir tikililəri, yeni prospekt və parkları, habelə muzey və gəzinti yerləri ilə göz oxşayan Bakı şəhərində bir ildən artıqdır ki, Hərbi Qənimətlər Parkı fəaliyyət göstərir. Burada Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi yer alıb.
Hərbi Qənimətlər Parkında müharibə zamanı düşməndən götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Buradakı eksponatlar arasında işğaldan azad olunmuş ərazilərdə ermənilərdən qənimət kimi götürülmüş 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri və Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları vardır. Təqdim edilən eksponatlar və Vətən müharibəsinin gedişatı barədə məlumatlar qazanılan Zəfərin nə qədər çətin və şərəfli olduğunu göstərir. Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən Hərbi Qənimətlər Parkı müzəffər Ordumuzun gücünün, Azərbaycan xalqının iradəsinin, birliyinin təcəssümüdür. Bu park müharibənin miqyasını və qələbəmizin möhtəşəmliyini göstərir. Parkın açılışı 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra düşmənə və onun havadarlarına verilən növbəti dərs oldu. Park, həmçinin revanşist arzularla yaşayan qüvvələr üçün növbəti “Dəmir yumruq” xəbərdarlığıdır.
Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir. Burada nümayiş etdirilən mühəndis istehkamları sistemindən ibarət möhkəmləndirilmiş müdafiə mövqeyi, Azərbaycan əsgərinin dəf etməli olduğu maneələri açıq şəkildə nümayiş etdirir. Məhz bunları gördükdən sonra bir daha əmin olursan ki, döyüşü sadəcə, yüksək texnologiyaya malik silah-sursat, hərbi texnika ilə qazanmaq olmaz. Döyüşü əsgərlər, zabitlər aparır. Buna görə də, Vətən müharibəsində rəşadət göstərən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə xalqımızın qəhrəmanlıq simvoluna çevrilib. Əsgərlərimiz, zabitlərimiz, bu savaşa qoşulan könüllülərimiz döyüş meydanlarında əsl vətən övladının igidliyini, cəsarətini, qorxmazlığını nümayiş etdiriblər.
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və dost ölkələr üçün qürur yeri olduğu halda, ermənilər üçün göz dağına çevrilib. Müharibə öncəsi "Tezliklə tanklarımız Bakı küçələrində olacaq" deyən erməni tərəfi bu gün hay-küy qaldıraraq Bakıda belə bir parkın yaradılmasını erməni xalqı üçün təhqir adlandırır, beynəlxalq təşkilatlara Azərbaycanın "düşmənçiliyi" haqqında müraciət ünvalamaqdan çəkinmirlər. Ermənilər Qarabağın işğalı faktının onlara hansı aqibəti yaşadacağını öncədən düşünməli və görməli idi. Azərbaycana qarşı kompaniya aparan qüvvələr dərk etmədilər ki, onların qarşısında tarixi qəhrəmanlıq ənənələri olan bir xalq, bir dövlət və bu dövlətin qüdrətli sərkərdəsi dayanır.
Hərbi Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşənlər, onlara havadarlıq edənlər üçün kabus, bütün Azərbaycansevənlər üçün isə qürur ünvanıdır.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

