Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir
07.12.2022 [13:07]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycançılıq məfkurəsini hər zaman hər şeydən üstün tutan Ulu öndər müstəqil, suveren Azərbaycanın memarı və qurucusudur.
Dahi siyasətçi, xalqımızın və dövlətçiliyimizin xilaskarı Ulu öndər Heydər Əlirza oğlu Əliyevin vətən, xalq qarşısında xidmətləri böyük və danılmazdır. Məhz Azərbaycanın bu gün ki inkişafının və tərəqqisinin təməl prinsipində Ulu öndər Heydər Əliyev siyasi kursu dayanır.
1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. O ağrılı-acılı günlər hər birimizin yaddaşındadır və o zamanki nəslin nümayəndələri həmin dövrdə ölkəmizin və xalqımızın hansı çətin, mürəkkəb sınaqlar qarşısında qalmasının canlı şahidləridirlər. 90-cı illərin əvvəllərində ölkəmizin çətin siyasi, iqtisadi duruma düşdüyü ağır günlərdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı.
Məhz Ulu Öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu.
Qısa müddətdə Ulu Öndərin siyasi idarəetmə qabiliyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu.
Müasir tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Azərbaycanın müstəqillik və dövlətçilik tarixində yeni siyasi eranın başlanğıcı oldu! Ölkənin düşdüyü bu bəladan qurtarmaq kimi çətin bir missiyanı və məsuliyyəti öz üzərinə götürən Ulu öndər Heydər Əliyev xalqımızı, dövlətçiliyimizi böyük bir bəladan xilas etmiş oldu. Ömrünün böyük hissəsini xalqına və Azərbaycanın müstəqilliyinə, tərəqqisinə həsr edən Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti və uzaqgörənliyi sayəsində doğma Azərbaycanımız dünyanın inkişaf etmiş ölkələri ilə bu gün bir sırada dayanır. Bu gün dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir. Eyni zamanda, ölkəmizdə mövcud olan Prezident-Xalq, Xalq-Prezident birliyi məhz Ulu öndər Heydər Əliyev irsinin və siyasi kursunun məntiqi nəticəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün regionun, Cənubi Qafqazın, dünyanın nüfuzlu bir dövlətinə çevrilmiş Azərbaycan ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin şah əsəridir. Məhz Ulu öndərin sayəsində dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Bu gün Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti daha da qüdrətli bir ölkəyə çevrilmiş və beynəlxalq aləmdə yeni-yeni uğurlara imza atmağa uğurla davam etməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

