/ / Zəfər paradı azərbaycanlılar üçün qürur, ləyaqət, ermənilərə görə məğlubiyyət, rəzillik simvolu olaraq yaddaşlarda qalır
Zəfər paradı azərbaycanlılar üçün qürur, ləyaqət, ermənilərə görə məğlubiyyət, rəzillik simvolu olaraq yaddaşlarda qalır
07.12.2022 [13:06]
İki il öncə Bakıda keçirilən möhtəşəm Zəfər paradı İrəvanda 44 günlük müharibədə məhv edilmiş erməni hərbçilərinin ailələrinin etiraz aksiyaları fonunda keçirilmişdi. Bu da Ermənistanın bundan sonrakı məğlub, rəzil damğasına ilə yaşayacağına siyasi işarə olmuşdu. Bu səbəbdən də Zəfər paradı nə qədər azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvoludursa, bir o qədər də ermənilər üçün məblubiyyət, rəzillik amili olaraq yaddaşlarda qalır”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
R.Vəlibəyov bildirib ki, Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdi: “Azərbaycan hərbçiləri tərəfindən Şuşa şəhəri üzərində qaldırılan Zəfər bayrağının gətirildiyi Zəfər paradı Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisə idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi də xalqların tarixində əbədi qalacaq qürurverici hadisə çevrildi. Həmin gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi isə xalqların mənəvi yaxınlığının təzahürü idi. Eyni zamanda, qardaşlığın zəfəri olan paradı Azərbaycan və Türkiyə rəhbərlərinin birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi”.
R.Vəlibəyov vurğulayıb ki, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini, Qələbə gününü gözləyən Azərbaycan xalqı dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bilmişdi. Hətta 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si Prezident, Ali Baş Komanda İlham Əliyevin ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışdı: “Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin 44 günü də şanlı tarix idi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, hətta, ermənilərin yenilməzlik mifini də darmadağın etdi”.
R.Vəlibəyov əlavə edib ki, Vətən müharibəsində əldə olunmuş Qələbə uğurlu ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsi idi: “Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb. Eyni zamanda ikinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparılmış və siyasi müstəvidə vəziyyət sağlamlaşmışdı. Beynəlxalq müstəvidə isə Azərbaycana sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmiş, qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradılmışdı. Biz sözlə, Azərbaycan addım-addım zəfərə doğru inamla getmiş və ölkənin hərtərəfli inkişafı, iqtisadi qüdrəti qələbə üçün zəmin yaratmışdı. Bu gün isə işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq, abadlıq işləri görülməkdədir. Bütün bunlar isə bir daha qalib Azərbaycan dövlətinin və xalqının iradəsinin, qətiyyətinin göstəricisidir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

