Qalib ordumuz Azərbaycan xalqının qürurudur.
25.11.2022 [11:02]
Milli Ordu quruculuğu Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayır. Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində aparılan siyasətin davam etdirilməsinə şərait yaratdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə formalaşması başa çatdırıldı, fərarilik hallarının qarşısı alındı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi.
Bütün bu addımların nəticəsidir ki, 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz düşməni darmadağın etməklə 30 illik işğala son qoydu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində müasir inkişaf səviyyəsinə gəlib çatdı. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Ordusu bu gün NATO standartları səviyyəsində formalaşmışdır. Bu gün xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılmışdır. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar bu gün Rəşadətli Azərbaycan Ordusunun dünyanın güclü orduları sırasında olduğunu təsdiqləyirlər.
22 noyabr 2022-ci il tarixdə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümündə Partiyamızın sədri, Möhtərəm Prezident cənab İlham Əliyev Azərbaycanda uğurla həyata keçirilən ordu quruculuğu haqqında bildirmişdir ki, Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik.
44 günlük Vətən müharibəsində aparılan döyüş əməliyyatları, bu əməliyyatların ən möhtəşəmi sayılan Şuşa zəfərində inam amilinin önə çıxdığını söyləmək olar. Bu Zəfər Liderin, Ali Baş komandanın xalqına, bu xalqın vətənpərvər övladlarına, Orduya inamı, etibarı nəticəsində mümkün oldu. Bu Zəfər xalqın, millətin öz Liderinə, Ali Baş Komandanına, Sərkərdəsinə inamı nəticəsində əldə edildi.
Prezident cənab İlham Əliyev çıxışında onu da vurğulamışdır ki, bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik.
Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən Rəşadətli Azərbaycan Ordusuna eşq olsun!
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

