Qubadlının azad edilməsi Böyük Zəfəri yaxınlaşdırdı
26.10.2022 [11:21]
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycanın qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri, qeyri-adi flora və faunası ilə seçilən guşələrindən olan Qubadlı rayonu həmişə ermənilərin göz dikdiyi ərazilərimizdən olub.
Ötən əsrin əvvəlləridə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. Erməni hücumları nəticəsində bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə, bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulub.
Ermənistanla sərhəddə yerləşən, digər tərəfdən də Qarabağda yaşayan ermənilərlə qonşu olan Qubadlı rayonu, 1988-ci ildən başlayaraq hər iki tərəfdən təcavüzkar hücumlara məruz qalmış, dinc əhaliyə qarşı terror törədilməsi davamlı xarakter almışdır. 1993-cü ilin avqust ayının sonunadək davam edən müharibə zamanı Qubadlı rayon sakinləri hərbi qüvvələrimizlə çiyin-çiyinə Ermənistan silahlılarına qarşı qəhrəmanlıqla mübarizə aparıblar.
Laçın, Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki mühasirəyə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 31-də erməni təcavüzkar qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində işğala məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini doğma yurd-yuvalarından didərgin düşdü.
Respublikanın müxtəlif bölgələrində məskunlaşmış Qubadlı sakinləri bütün çətinliklərə sinə gəlib torpaqlarımızın azad olunacağı günü səbrsizliklə gözlədilər. Nəhayət həmin gün gəlib çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalq-hakimiyyət-ordu birliyi nəticəsində Qubadlı rayonu işğaldan azad olundu.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları nəticəsində elə ilk günlərdən Ermənistan ordusu silahlarını atıb çəkilməyə məcbur oldular. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı. Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi işğaldan azad edildi. Oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğaldan azad etdi.
Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirdi. Qubadlının azad edilməsi ilə Azərbaycan Ordusunun Laçın istiqamətində yolu açıldı, ordumuzin növbəti Zəfərləri üçün əlverişli şərait yarandı.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15

