Astana görüşü Azərbaycanın mövqeyini bir daha ortaya qoydu
20.10.2022 [11:44]
MDB Dövlət Başçıları Şurasının oktyabrın 14-də Astanada keçirilən iclası Azərbaycan üçün bir neçə cəhətdən əlamətdar oldu. Təkcə bir faktı deyim ki, dövlət başçımızın Ermənistanın heç bir beynəlxalq hüquqa sığmayan həyasızlıqları və onlara himayədarlıq etmək istəyənlərin qərəzli rəftarı, məkrli planları haqqında qətiyyətli, sərt və açıq danışması xüsusi diqqət çəkir. Astana görüşüeyni zamanda Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz lider olduğunu, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının isə mükəmməl siyasi lider obrazının növbəti dəfə beynəlxalq səviyyədə təsdiqlənməsi ilə yadda qaldı. Bilirik ki, Mərkəzi Qərargahı Minsk şəhərində yerləşən Müstəqil Dövlətlər Birliyi 1991-ci dekabrın 8-də yaradılmışdı. Bu qurum SSRİ-nin mülklərinin keçmiş ittifaq ölkələri arasında sivil şəkildə bölünməsini təmin etmək üçün yaradıldı. Azərbaycan Parlamenti ölkəmizin həmin quruma qoşulması barədə qərarı yalnız 1993-cü ilin sentyabrında – ulu öndər Heydər Əliyevin ölkə prezidentinin səlahiyyətlərini icra etdiyi günlərdə ratifikasiya etmiş və MDB-nin tam hüquqlu üzvü olmuşduq.
MDB tribunası bizə dövlət başçımızın Astanada Ermənistanın bütün vandallıqlarını, vəhşiliklərini, qayda, qanun, hüquq tanımayan əməllərini çoxsaylı liderlər yanında Nikol Paşinyanın üzünə söyləməsi üçün lazım idi. Həmin tribuna bizə ölkəmizin haqq işinə kölgə salmaq istəyən Emmanuel Makron kimi məkrli siyasətçilərin riyakar və xəyanətkar mövqelərini ifşa etmək üçün lazım idi. MDB həm də bizə ona görə lazım idi ki, orada bizim qardaşlarımız –Türk dövlətləri də var və İkinci Qarabağ müharibəsi günlərində onların səmimi dəstəyini gördüyümüzü unuda bilmərik.
Azərbaycan Prezidentinin son zamanlar Brüssel, Praqa və başqa şəhərlərdə keçirilən tədbirlərdə nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq, hətta, adi rəftar və davranışı da bədxahlarımızı məyus edir. Ermənilər açıq şəkildə yazırlar ki, nə üçün Azərbaycanın Prezidenti özünü regional lider kimi aparır, demokratik Ermənistanın baş naziri Nikol Paşinyan isə bütün tədbirlərdə miskin, əzilmiş və sınmış görünür?
Dövlət başçımız Astanadakı çıxışında dedi ki, mən Qarabağ məsələsini MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən, hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxMüsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22

