Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır
18.10.2022 [11:48]
Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malikdirlər. Həmçinin, bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ- dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş, bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir. Bu münasibətlərə daimi qarşılıqlı etibarın mövcudluğu, ikitərəfli maraq kəsb edən bir çox aktual beynəlxalq, eləcə də, regional məsələlər üzrə mövqelərin yaxınlığı və ya onların tam üst-üstə düşməsi xarakterikdir. Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi, geosiyasi vəziyyəti, eləcə də, iki türk xalqı arasında tarixən yaranmış dostluq, qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa, ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsinə diqqət yetirir.
Azərbaycanı güclü dövlət edən səbəblərdən biri məhz, Azərbaycanın xarici siyasətidir. Gənc dövlətin inkişaf yoluna nəzər yetirsək görərik ki, Azərbaycan artan templə xarici dövlətlər, xarici təşkilatlarla bir sıra əlaqələr qurur. Bu əlaqələrin hər biri məhz, Azərbaycan inkişafına yönəlmişdir.
Vətən müharibəsi dövrünə nəzər yetirsək görərik ki, bizə dəstək olan ölkələrlə Azərbaycanın sıx əlaqələri mövcuddur. Bu da bizə müharibə dövründə əlavə siyasi güc qatmış oldu. Bir sıra ölkələrlə etdiyimiz anlaşmalar sayəsində Azərbaycan ən müasir silahlarla təmin olunmuşdu. Müharibədən sonrakı dövrə nəzər yetirsək, Azərbaycan bir sıra xarici dövlətlərlə qarşılıqlı əlaqələr qurur, müqavilələr imzalayır. Sözsüz ki, bütün bunlar Azərbaycana beynəlxalq arenada tərəfdaşlar qazandırır. Bundan başqa iqtisadiyyatı daha da inkişaf etdirməyə kömək edir. Azərbaycan və Qırğızıstan arasında əlaqələrin daha da möhkəmləndirilməsi ilə əlaqədar Qırğız Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz, strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şuranın gündəliyində təkcə ikitərəfli əlaqələr deyil, eyni zamanda beynəlxalq və regional məsələlər də müzakirə edilmişdir. Beynəlxalq və regional problemlərin mütəmadi müzakirəsi bu əməkdaşlığın səmərəliliyini artırır. Qırğızıstan və Azərbaycan hər zaman beynəlxalq arenalarda bir biri ilə tərəfdaşdır. Buna misal olaraq göstərə bilərik ki, Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir.
Son dövrlərdə Azərbaycanda yüklərin şimal, cənub və qərbə göndərilməsi üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Qırğızıstan üçün liman infrastrukturu hər daim açıqdır. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi vardır. Qeyd olunan istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac vardır. Azərbaycan və Qırğızıstan arasında eyni zamanda kənd təsərrüfatının inkişafı ilə əlaqədar işlər aparılacaqdır. Bu məqsədlə Azərbaycandan nümayəndə heyəti yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Azərbaycan və Qırğızıstan arasında əlaqələr hərtərəfli şəkildə inkişaf etməkdədir.
Göründüyü kimi, Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Bu hər iki dövlətin qarşısında duran əsas vəzifədir.
Müşfiq Səfərov - Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

