Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, sülh istəyir
10.10.2022 [16:29]
Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri
Cənubi Qafqazın nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionun söz sahibi Azərbaycan daha bir ilkə imza atdı. Bakıda, işğaldan azad edilmiş Ağdam şəhərində 44 ölkədən 130-dan artıq nümayəndənin qatıldığı beynəlxalq şəhərsalma tədbirinə, "Azərbaycan Milli Şəhərsalma Forumu"na haqq, ədalət savaşından, 44 günlük Vətən müharibəsindən qalib çıxan ölkəmiz yüksək səviyyədə evsahibliyi etdi. İki gün davam edən mötəbər tədbirin məhz Ağdamda, erməni vandalizminin qurbanı olan şəhərdə keçirilməsi təsadüfən seçilməmişdi. Dünyanın 44 ölkəsindən gələn nümayəndələrin iştirak etdiyi bu beynəlxalq tədbir həm də rəmzi məna daşıyıb, dünyaya bir sıra vacib mesajlar ünvanlayıb. Beynəlxalq ictimaiyyət bir daha erməni vəhşiliyinin, barbarlığının, eyni zamanda 30 il düşmən tapdağı altında qalan Qarabağın qısa zaman ərzində sürətlə bərpa edilərək qurulduğunun şahidi olub.
Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda keçirilən forumda çıxış edən Prezident cənab İlham Əliyev erməni vandallarının 30 il ərzində törətdikləri cinayətlərə xüsusi ilə toxunaraq bildirib:”Biz Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edirik. İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb”.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müsbət rolu olan toplantıda erməni vandalizminə diqqət çəkildi, Azərbaycanın qətiyyətli mövqeyi bir daha bəyan edildi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işləri dünya ictimaiyyətinin nəzərinə çatdırıldı. Heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması beynəlxalq tədbirin diqqətçəkən məqamlarından oldu. Beynəlxalq tədbirdə xarici qonaqlar öz növbələrində ölkə Prezidentimiz cənab İlham Əliyevin Ağdamı yenidən bərpa etmək sadiqliyinə, hazırlanan layihələrə və ayrılmış ehtiyatlara heyran olduğunu da etiraf ediblər.
Azərbaycan-Ermənistanın delimitasiya komissiyalarının vaxt itirmədən hazırda mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcəyinə ümid etdiyini bildirən ölkəmizin Prezidenti cənab İlham Əliyev sülh prosesi ilə bağlı müəyyən nikbinliyimiz olduğunu da qeyd edib: “Biz ədavətə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Biz müvəffəq olacağıq ya yox, bunu görəcəyik. Əmin deyiləm, lakin ən azından biz bu istiqamətdə irəliləyirik”.
Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, Ermənistan tərəfindən 30 illik işğala, işğal dövründə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, yenə sülh istəyir və sülh müqaviləsinin imzalaması təklifi ilə çıxış edir.
Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində həyata keçən Milli Şəhərsalma Forumu həm də şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsində uğurlu platforma olmaqla yanaşı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdı.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

