Ermənistanın əsas hədəfi Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi
10.10.2022 [10:52]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Ermənistan 30 illik işğalçılıq siyasəti həyata keçirməklə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi təhlükə yaratdı,eyni zamanda Beynəlxalq Hüququn norma və prinsiplərini kobut şəkildə pozmuş oldu. Ermənistanın bu cür qeyri-konstruktiv mövqeyi bölgədə de-fakto vəziyyətini yerində dəyişmək və bununlada Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Azərbaycan isə münaqişənin həlli proseslərində hər zaman konstruktiv mövqe nümayiş etdirdi. Lakin Ermənistanın bu çirkin oyunu çox da uzun çəkmədi.
Vətən Müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında hərb tariximizdə yeni tarix yazdı , işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etdi və ən əsası tarixi ədaləti bərpa etdi. Qazanılan bütün bu uğurlar isə ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən sərkərdəlik təcrübəsinin məntiqi nəticəsi idi.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycanın sülh tərəfdarı olan bir ölkə kimi mövqeyi Cənubi Qafqazda və regionda sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Eyni zamanda Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm nüfuz sahibi olması bölgənin sosial-iqtisadi inkişafına, sülhün bərqərar olmasına mühüm töhfələr verməkdədir və Ermənistan Azərbaycanın bu sülhsevər mövqeyini dəyərləndirməlidir və münasibətlərdə yeni səhifənin açılması Ermənistanın sülh danışıqlarına başlanması istiqamətində atacağı addıma bağlıdır. Prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur.
44 günlük Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir. Çunki, bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq aləmdə, həm də regionda böyün nüfuza sahib olan bir dövlətdir
Dövlətimizin uğurlu xarici siyasət strategiyasından danışdıqda ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir. Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir. Eyni zamanda Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.
Ən qısa zamanda Azərbaycanın sülh təklifi reallaşacaq və regiona uzunmüddətli, davamlı sülh gələcək. Ermənistanın pozuculuq fəaliyyətinə son verməsi, region dövlətləri ilə dinc yanaşı yaşama prinsiplərinə əsasən davranması mühüm şərtlərdən sayılır.
Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.
Bir sözlə artıq çox acınacaqlı durumda olan Ermənistan Azərbaycanın diktə edən ölkə olduğunu çox yaxşı anlayır və öz üzərinə düşən tələbləri yerinə yetirməyə borcludur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

