Səmərqənddən mühüm mesajlar
21.09.2022 [15:44]
Özbəkistan Respublikasının Səmərqənd şəhərində sentyabrın 16-da Çin, Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər bir sıra böyük dövlətlərin rəhbərlərinin iştirakı ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı.
Cənab Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət etdiyinə görə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığını bildirərək, yenidən qardaş Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnun olduğunu bildirib.
Möhtərəm Prezidentimiz Sammitdə çıxışında bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsinə münasibət bildirərkən qeyd edib ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Ermənistanın təxribatlarının iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə olduğunu və buna görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü diqqətə çatdırıb.
Ölkə Prezidenti eyni zamanda bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətlərinə də toxunub. "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Azərbaycan Qarabağ münaqişəsini hərbi-siyasi yollarla həll etmiş ,nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir.
Bu gün beynəlxalq aləmdə ölkəmizin mövqeyi Möhtərəm Prezidentimizin rəhbərliyi ilə daha da güclənir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, eyni zamanda etibarlı tərəfdaş kimi tanınır. Cənab Prezident İlham Əliyevin uzaqgörən müdrik xarici siyasəti sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir.
Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirən, Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır. 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etmək və bu sədrliyimizin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü xarici siyasət kursu yürüdülür. Bu siyasət nəticəsində dövlətimizin və xalqımızın dünyadakı nüfuzu günbəgün daha da artır, mövqeyi daha da möhkəmlənir. Bu baxımdan ölkəmizin üzv olduğu digər beynəlxalq təsisatlardakı təmsilçiliyi kimi, Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti də təsadüfi deyil və məhz düşünülmüş, uzaqgörən diplomatik siyasətin bəhrəsidir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəkdir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29

