Hazırkı dövrün reallıqları Azərbaycanın regionda və dünyada artan mövqeyini nümayiş etdirir
20.09.2022 [12:59]
YAP Tərtər rayon təşkilatının sədr müavini – Azər Ağayev
Azərbaycan Silahlı Qüvvələri Sentyabrın 13-də Ermənistanın dövlət sərhəddimizdə genişmiqyaslı hərbi təxribatının qarşısını qətiyyətlə aldı. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışında bir mənalı bildirmişdir ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir və 13 sentyabr təxribatının bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. ŞƏT tərəfindən qəbul olunmuş sənədlərdə də dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə kimi tədbirlər də qəti şəkildə öz əksini tapıb ki, bu da Azərbaycanın bu təşkilatla əməkdaşlığını daha da gücləndirən məsələlərdən biridir.
Dövlət başçımız ən yüksək səviyyədə Ermənistanın destruktiv addımları barədə bir daha məlumat verdi, Zəngəzur dəhlizinin açılmasının ləngidilməsinin, eləcə də Azərbaycan–Emənistan münasibətlərinin normallaşması prosesinin yubanmasının arxasında rəsmi İrəvanın dayanması barədə xəbərdarlıq etdi. Azərbaycanın yanaşması ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olması üçün əsasdır və rəsmi Bakı bu istiqamətdə israrla fəaliyyət göstərəcək.
Zəngəzur dəhlizinin açılması güc mərkəzlərinin də tələbidir. Çünki bu yeni kommunikasiya təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya ölkələri üçün əhəmiyyət kəsb edir. Buna görə də, Ermənistanın Zəngəzur dəhlizinə müqavimət göstərmək cəhdlərinin heç bir perspektivi yoxdur və Azərbaycanın sonda məqsədinə çatacağı hamıya məlumdur.
Eyni zamanda, bölgədə sülhün əsas sütunlarından biri olan Zəngəzur dəhlizi, həm də region dövlətləri arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında, eləcə də Ermənistanın özünün demək olar ki, davam edən 30 illik təcrid vəziyyətindən çıxarılmasında mühüm rol oynayacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya və infrastruktur layihələri təkcə bütün türk dünyasını birləşdirməyəcək, həm də Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, ağır sosial-iqtisadi vəziyyətdə olan Ermənistan üçün son dərəcə vacibdir. Odur ki, Ermənistan maneələr yaratmaq əvəzinə, Zəngəzur dəhlizinin tezliklə istifadəyə verilməsində daha çox maraqlı tərəf olmalıdır.
Dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında onuda bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Bu reallıq inkaredilməzdir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Statistik rəqəmlər də bunun təsdiqidir. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.” Dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində çıxışı və tədbir çərçivəsində keçirdiyi bütün görüşlər Azərbaycanın strateji maraqlarının beynəlxalq aləm tərəfindən qəbul edilməsi baxımından əhəmiyyətlidir. Bu reallıq inkaredilməzdir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Statistik rəqəmlər də bunun təsdiqidir. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb ŞƏT tərəfindən qəbul olunmuş sənədlərdə də dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə kimi tədbirlər də qəti şəkildə öz əksini tapıb ki, bu da Azərbaycanın bu təşkilatla əməkdaşlığını daha da gücləndirən məsələlərdən biridir Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu.
Hazırkı dövrün reallıqları Azərbaycanın regionda və dünyada artan mövqeyini nümayiş etdirir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlayır. Azərbaycanın bu mərhələdə əsas tərəfdaşlardan biri kimi iştirakı ölkəmizin, Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

