Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur
21.07.2022 [10:35]
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə görüşü, müzakirə olunan məsələlər, eləcə də 18 iyul tarixli birgə bəyanatları və “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndiriməsi və Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsi baxımından çox əhəmiyyətli oldu.
Avropa İttifaqı ilə münasibətlər həmişə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında olub və ölkəmiz Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir: "Azərbaycan-Aİ əlaqələrinin hazırkı siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci ilin iyul ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sabiq prezidenti Donald Tuskun iştirakı ilə təsdiq edilib. Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri (2018-2020) sənədində 4 prioritet əməkdaşlıq istiqamətindən biri kimi bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti təsbit olunub. 2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilə qədər uzadılıb.Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki,orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib.
Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa gəldikdə isə deməliyəm ki, bu münasibətlər tarixi uzun illərər dayanır. Hələ 2006-cı ildə Brüsseldə “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2011-ci ildə isə Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Daha sonra 2015-ci ildə isə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi layihəsinin icrası məsələlərinin əlaqələndirilməsi məqsədilə layihə iştirakçıları və tərəfdaş dövlətlərin enerji nazirlərindən ibarət Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradıldı.Şuranın bu ilin 4 fevralında keçirilən iclasında Aİ və Azərbaycan arasında yeni enerji dialoqunun təsis edilməsi barədə razılıq əldə olunmuşdu və indi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu da enerji diaoqunun nəticəsi olaraq qəbul etmək olar.
Onu da xüsusi olaraq qeyd etməyə ehtiyac var ki, Avropa İttifaqı Azərbaycandan yalnız neft-qaz deyil, yaşıl enerji də almağı hədəfləyir. Uzunmüddətli planda tərəflər arasında enerji əməkdaşlığının məhz yaşıl enerji üzərində fokuslanması real perspektivdir.Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ölkəmiz xüsusilə külək enerjisi baxımından nəhəng potensiala malikdir.Bu potensial həm quruda,həm də dənizdə mövcuddur və artıq Avropa şirkətlərinin bu sahəyə marağının sürətlə artması müşahidə olunur. Bu baxımdan, memorandumda bərpa olunan enerji sahəsində tərəflər arasında mümkün əməkdaşlığın qeyd olunması Avropa İttifaqını ölkəmiz üçün yeni bazara çevirə bilər. Prezidentin də qeyd etdiyi kimi Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialının 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialının 157 qeqavat olduğunu nəzərə alsaq bu, Azərbaycan üçün bərpa olunan enerjinin də Aİ-yə ixrac olunması imkanları yaradır.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22

