Heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz
20.07.2022 [17:23]
Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri
Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ təmin etdi. Bu gün isə ölkəmiz Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların fonunda bütün regionda sülhün və inkişafın bərqərar olması istiqamətində əhəmiyyətli addımlar atır, çağırışlar edir. Əlbəttə ki, regionda davamlı sülhün yaradılması ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyindən çox asılıdır. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışında dövlət başçısı bu məsələyə də toxunaraq bildirdi ki, ötən dövr ərzində bu istiqamətdə müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik ortada gözlənilən real nəticələr yoxdur. Problem isə bundadır ki, Vətən müharibəsindən artıq 1 il 8 ay keçməsinə baxmayaraq, Ermənistan hələ də 10 noyabr Bəyannaməsini imzalamaqla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Bəli, Ermənistan Azərbaycanın irəli sürdüyü və sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipini qəbul edib. Lakin bundan sonra sülh müqaviləsinin imzalanması istiqamətində qarşı tərəfdən heç bir addım atılmayıb. İlk növbədə bu müqavilənin imzalanması üçün 10 noyabr Bəyannaməsinin şərtlərinə əməl olunmalıdır. Mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı olan həmin sənəddə yer almış əsas müddəalardan biri isə Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur ki, qarşı tərəf hələ də bu məsələni əngəlləməyə çalışır. İkinci bir tərəfdən, bu gün erməni silahlı birləşmələrinin Qarabağda mövcudluğu da 10 noyabr Bəyannaməsinin şərtlərinə tamamilə ziddir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məğlub Ermənistan öz öhdəliklərinə əməl etməlidir. Əks halda Azərbaycan buna nail olmaq üçün müvafiq addımlar ata bilər və bunun da nəticələri Ermənistan üçün acınacaqlı olar.
Prezidentimizin öz çıxışında toxunduğu vacib məsələlərdən biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu ilə bağlı oldu. Dövlət başçısı qeyd etdi ki, bu gün Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır. Bu sahədə uzun illər ərzində planlı şəkildə aparılan hazırlıq işləri sayəsində ölkəmizdə bərpaolunan enerji növlərinin istehsalının inkişafı üçün son dərəcə əlverişli zəmin yaradılıb. Yaradılmış əlverişli investisiya mühiti öz nəticəsini verir və hazırda xarici şirkətlər öz vəsaitləri hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldurlar. Həmçinin cari ilin sonunadək ölkəmizdə 9 su elektrik stansiyasının başa çatacaq. Bütün bunlar imkan verəcək ki, Azərbaycan elektrik enerjisini daha böyük həcmlə ixrac edək. Təbii ki, Azərbaycanın elektrik enerjisini ixrac etmək imkanlarının artması təkcə qonşu dövlətləri deyil, Avropa ölkələrini də maraqlandırır. Məhz bunun nəticəsidir ki, Avropa tərəfindən Azərbaycana yeni Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişini nəzərdə tutan yeni layihə təqdim edilib. Həmçinin ənənəvi enerji mənbələrindən olan təbii qaz istehsalı sahəsində də Azərbaycan böyük potensiala malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün ölkənin əsas ixrac resurs bazası “Şahdəniz” yatağıdır. Lakin yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından da qaz hasilatı gözlənilir. Nəticədə perspektivli yataqlardan çıxarılacaq qaz həm daxili tələbatı ödəmək üçün, həm də ixrac üçün nəzərdə tutulub.
Bütün bunlar əlbəttə ki, ilk növbədə ölkəmizin iqtisadi gücünün artmasına, Azərbaycanın daha qüdrətli və daha nüfuzlu bir dövlət olaraq dünya birliyində öz layiqli yerini tutmasına xidmət edir. Bu gün Azərbaycan özünün Zəfər yoluna inamla davam edir və artıq heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

