Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır
04.07.2022 [10:11]
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayan Azərbaycan artıq Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik ölkəmiz Xəzəryanı dövlətlərin transxəzər beynəlxalq nəqliyyat marşrutunun, potensialının, infrastrukturunun inkişafına, dövlələr arasında əməkdaşlığa mühüm töhfələrini əsirgəmir.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.
Ramil Orucov qeyd edib ki, Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bir çox vacib məsələlərə toxunan ölkəmizin Prezidenti cənab İlham Əliyev Azərbaycanın mövcud imkan və potensialından söz açaraq Azərbaycanın "Şərq-Qərb" və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizlərinin inkişafında mühüm rol oynadığını, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərdiyini xüsusi ilə qeyd edib.
Ramil Orucov diqqətə çatdırıb ki, Avrasiyanı birləşdirən "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutu Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək. Eyni zamanda Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İƏT çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq dənizində sabitliyin və təhlükəsizliyin mühüm amillərindəndir.
Azərbaycanın Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi, Azərbaycanın əsrlərboyu dünya birliyinin diqqət mərkəzində olub. 2005-ci il iyulun 24-27-də Tehran şəhərində və 2005-ci il fevralın 9-da Bakıda "Şimal-Cənub" nəqliyyat dəhlizinin tikintisi, gələcək istismarı, beynəlxalq konsorsiumun yaradılması və maliyyələşdirilməsi üsulları, hər bir tərəfin tikintidə payı, qoyulacaq əsaslı vəsaitin qaytarılması yolları və digər məsələlər müzakirə edilib, razılığa gəlinib. Bu illər ərzində Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsinə çevrilib, Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına güclü təməl hazırlayıb.
“Ulu Öndər Heydər Əliyevin, dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevin düşünülmüş siyasətin nəticəsində Azərbayca açıq dənizlərə çıxışı olmayan bir ölkədən beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçən yükdaşımalar hər il artması, Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsidir”- deyə Ramil Orucov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

