15 iyun Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi yeri var
13.06.2022 [10:53]
15 İyun 1993-cü il tarixi hər bir azərbaycanlının iftixarla xatırlayacağı,ölkəmizin parçalanma,yox olma təhlükəsindən xilas olduğu bir gündür.
Azərbaycan Xalq Cəbhəsinin qeyri-peşəkar idarəçiliyi və müvafiq hakimiyyət böhranı nəticəsində Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.Məhz Ümummilli Lider Heydər Əliyevin ölkədə dövlət idarəçiliyinin zirvəsinə qayıdışı bu təhlükənin qarşısını aldı.Ümummilli Lider Heydər Əliyev məcburiyyətə əsaslanan siyasi idarəçilik prinsiplərini özünün fitri istedadı sayəsində inandırma gücünə səmtləşdirməyə nail oldu.
Azərbaycanın ölüm-dirim ayrıcında dayandığı,dövlətçiliyimizin müqəddəratının həll edildiyi,azadlığımızın və müstəqilliyimizin müdhiş təhlükəyə məruz qaldığı 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıdışı uçurumun bir addımlığında dayanan ölkəmizi məhv olmaq fəlakətindən qoruyub saxladı.Ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranı,vətəndaş müharibəsi təhlükəsi qısa müddət ərzində aradan qaldırıldı.
Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik ölkəni və xalqı xarici hərbi təcavüzdən müdafiə etməyə qadir olan silahlı qüvvələrin yaranmasına imkan verməmişdi.Silahlı qüvvələr vahid komandanlığa tabe olmayan intizamsız,pərakəndə dəstələrdən ibarət idi.Ulu Öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü.Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu.Azərbaycan ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirdi.
Ölkədə aparılan islahatlar sayəsində Azərbaycan insan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı bir sıra konvensiyalara qoşuldu.Ölkəmiz mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu,beynəlxalq münasibətlər sistemində layiq olduğu yerini tutdu.
Ümummilli Liderimizin Azərbaycan qarşısında xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin hazırlamasıdır.Bu gün dövlətimizə Heydər Əliyevin layiqli davamçısı möhtərəm İlham Əliyevin rəhbərlik etməsi hər bir cəmiyyətin və dövlətin davamlı inkişafı üçün həyati əhəmiyyət daşıyan məsuliyyətli və səriştəli idarəçilik amilini təmin edir.Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin təməlində dayanan dəyərlər sistemini ümumi şəkildə səciyyələndirməli olsaq,vurğulanmalı başlıca cəhət Heydər Əliyev ideyalarına sədaqət,Ulu Öndərin uzaqgörən daxili və xarici siyasətinin yeni çağırışlar şəraitində kreativ şəkildə məharətlə davam etdirilməsi hesab edilməlidir.
Bu gün Azərbaycan dövlətinin müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası xalqımızın gələcəyindən əmin olmağa imkan verir.Ulu Öndər Heydər Əliyevin səyləri ilə yaradılmış inkişaf dinamikası qorunub saxlanılmalı,dövlətimizin siyasi,iqtisadi və hərbi qüdrəti artır,xalqımızın rifah halı yüksəlir.
Xəbər lenti
Hamısına baxSosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36

