Nərimanov rayonunda Vətən müharibəsi şəhidi Kamran Hüseynovun anım günü qeyd edilib
01.10.2021 [19:22]
44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanımız Kamran Hüseynovun anım günü qeyd olunub.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşkilatın əməkdaşları şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Kamran Hüseynovun II Fəxri Xiyabanda uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.
Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilatın əməkdaşları şəhidin ailəsini ziyarət ediblər. YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev görüş zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. O qeyd edib ki, şanlı ordumuz 44 günlük müharibədə öz vəzifəsinin öhdəsindən layiqincə gəldi və nəticədə Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Qüdrətli Azərbaycan Ordusunun əldə etdiyi bu tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malik olduğunu xüsusi vurğulayan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev nitqində bu qələbədə payı olan Kamran və onun kimi qəhrəman oğullarımızın göstərdikləri igidliklərdən danışıb və bildirib ki, belə mərd oğullarımızın xatirəsi hər zaman əziz tutularaq gələcək nəsillərə nümunə göstəriləcək.
Qeyd edək ki, Kamran Hüseynov 1996-cı il avqustun 14-də Bakı şəhərində anadan olub, 287 saylı Zəkalar Liseyində orta təhsil, Naxçıvan Müəllimlər İnstitutunda isə ali təhsil alıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini keçən Kamran 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı könüllü olaraq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Kamran Hüseynov oktyabrın 1-də Füzuli uğrunda döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Kamran Hüseynov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

