YAP Neftçala rayon təşkilatının X hesabat konfransı keçirilib
31.08.2021 [09:47]
Avqustun 30-da Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Neftçala rayon təşkilatının sədr əvəzi Cavad Mirzəyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı hesabat dövründə öz işini partiya Nizamnaməsinə, Qurultay qərarlarına, YAP İdarə Heyətinin tapşırıq və göstərişlərinə, partiya rəhbərliyinin tövsiyələrinə uyğun qurmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib. Rayon təşkilatının fəaliyyəti əsasən, partiyanın sosial bazasının daha da möhkəmləndirilməsindən, ideya-siyasi təbliğat işinin gücləndirilməsindən, partiyanın məram və məqsədlərinin rayon ərazisində daha geniş yayılmasına nail olmaqdan, partiya üzvlərinin mütəşəkkilliyinin artırılmasından, işin forma və metodlarının daim təkmilləşdirilməsindən, təşkilatın fəaliyyətinin mühüm təminatı kimi onun maddi-texniki bazasının möhkəmləndirilməsindən ibarət olub.
C.Mirzəyev qeyd edib ki, YAP Neftçala rayon təşkilatının 58 ərazi ilk partiya təşkilatının sıralarında 4981 nəfər üzv var. Onların 2162 nəfəri gənclər, 2460 nəfəri qadınlardır. Hesabat dövründə 565 nəfər partiya rayon təşkilatının sıralarına qəbul olunub ki, onlardan 468 nəfəri qadınlar, 268 nəfəri isə gənclərdir.
Sonra YAP Neftçala rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Cəlal Rəsulov hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədr müavini Şəfəq Balaşova, rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev, rayon təşkilatının Şura üzvü Ruhəngiz Nəcəfova, ərazi ilk partiya təşkilatının sədri, Neftçala rayon Təhsil şöbəsinin müdiri Vüqar Dadaşov çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxan Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqət mərkəzindədir. Partiyamızın Sədri cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Ulu Öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin vacibliyini önə çəkərək son 18 ildə bu vədini əməli ilə təsdiqlədi. Bu gün Azərbaycan qalib ölkə kimi regionun gələcək inkişafı ilə bağlı prioritetləri müəyyənləşdirən güclü dövlət olaraq bölgənin stabilliyinin qarantı rolunu oynayır.
Ə.Tağıyev yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı şəkildə bəhs edib, YAP Neftçala rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, YAP Neftçala rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50

