YAP Beyləqan rayon təşkilatının XI hesabat konfransı keçirilib
28.08.2021 [12:46]
Avqustun 27-də Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev bildirib ki, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Yeni Azərbaycan Partiyası bütün məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Müstəqilliyimizin qorunub saxlanılmasında, möhkəmlənməsində Yeni Azərbaycan Partiyasının özünəməxsus yeri var.
R.Pəsiyev qeyd edib ki, rayon təşkilatının 66 ərazi ilk partiya təşkilatında 6075 nəfər üzv birləşir ki, onlardan da 2583 nəfəri qadınlar, 1858 nəfəri isə gənclərdir. X konfransdan ötən dövr ərzində 1057 nəfər rayon təşkilatının sıralarına qəbul edilib.
Daha sonra YAP Beyləqan rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Fədayət Rüstəmovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, rayon təşkilatının Qadınlar Şurasının sədri, 1 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Gülbəniz Cəfərova, rayon təşkilatının Gənclər Birliyinin sədri Rufiz İsmayıllı, Mayak qəsəbə ərazi ilk partiya təşkilatının sədri Elçin Məmmədov çıxış edərək təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirib. 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxan Azərbaycan dövləti böyük Zəfər günlərini qeyd edir. Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Vətən müharibəsindən qalib çıxan Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz özünün iqtisadi, siyasi çəkisinə görə fərqli bir dövlətdir. Yəni bütövlükdə, Azərbaycan fərqli bir reallıq yaradıb və bu yeni reallığa uyğun qarşımızda yeni çağırışlar, vəzifələr durur.
Ə.Tağıyev YAP Beyləqan rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Beyləqan rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35

