YAP Kürdəmir rayon təşkilatının XI hesabat konfransı keçirilib
24.08.2021 [09:53]
Avqustun 23-də Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiqləndikdən sonra Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanda ən mütərəqqi, ən monolit partiya olmaqla milyonların sevgisini qazanıb. Cənab İlham Əliyev Ümummilli Liderimizin strateji inkişaf kursunu böyük əzmlə, uğurla davam etdirərək Azərbaycanı sosial-iqtisadi yüksəlişinə, demokratik nailiyyətlərinə görə dünya ölkələri sırasında ön sıraya çıxarıb. Xalq-Prezident-Ordu vəhdəti 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm rol oynadı. O vurğulayıb ki, bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası öz inkişafının ən möhtəşəm mərhələsini yaşayır. Partiyamız cəmiyyətin bütün təbəqələrini əhatə etməklə öz sıralarında 760 mindən çox vətəndaşı birləşdirən siyasi-ideoloji güc mərkəzidir.
A.Kərimli qeyd edib ki, hazırda rayon təşkilatında partiya üzvlərinin sayı 9761 nəfərdir. Onların 4460 nəfəri gənclər, 3704 nəfəri isə qadınlardır.
Sonra Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədr müavini Səfər Abuşovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, YAP Kürdəmir rayon təşkilatı İdarə Heyətinin üzvləri - Heydər Əliyev Mərkəzinin direktoru Durriyə Seyidova və Osman Mirzəyev adına ərazi ilk partiya təşkilatının sədri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev, Kürdəmir rayon təhsil şöbəsinin müdiri Rəfail Məmmədov və rayon təşkilatının Gənclər Birliyinin sədri, “Azərxalça” ASC-nin Kürdəmir rayon filialının müdiri Rauf Abuşov çıxış edərək hesabat dövründə görülən işlərdən danışıblar.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxan Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqət mərkəzindədir. Partiyamızın Sədri cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Ulu Öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin vacibliyini önə çəkərək son 18 ildə bu vədini əməli ilə təsdiqlədi. Bu gün Azərbaycan qalib ölkə kimi regionun gələcək inkişafı ilə bağlı prioritetləri müəyyənləşdirən güclü dövlət olaraq bölgənin stabilliyinin qarantı rolunu oynayır.
Konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən Ə.Tağıyev YAP Kürdəmir rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

