Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının X hesabat konfransı keçirilib
17.08.2021 [14:19]
Avqustun 16-da Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev hesabat məruzəsi ilə çıxış edib. C.Baxşıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı təməl üzərində inşa edilən və dinamik inkişaf edən Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr və Dövlət proqramları ölkəmizin tərəqqisinə xidmət edən uğurlu addımlardır. Son 18 ildə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın ən yeni tarixi qızıl hərflərlə yazılır.
C.Baxşıyev qeyd edib ki, hazırda YAP Lerik rayon təşkilatı 52 ərazi ilk partiya təşkilatında 4197 üzvü birləşdirir. Hesabat dövründə partiya sıralarına 920 nəfər qəbul olunub ki, onlardan 372 nəfərini qadınlar, 518 nəfərini isə gənclər təşkil edir.
Sonra YAP Lerik rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Malik Mirzəyevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Lerik rayon təşkilatı İdarə Heyətinin üzvü, əməkdar müəllim Gültəkin Şıxəliyeva, rayon təşkilatı İdarə Heyətinin üzvü, rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon təşkilatının Şura üzvü Natiq İsaqov hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir.
Ə.Tağıyev vurğulayıb ki, bu gün Azərbaycan tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxan Azərbaycan dövləti böyük Zəfər günlərini qeyd edir. Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Vətən müharibəsindən qalib çıxan Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz özünün iqtisadi, siyasi çəkisinə görə fərqli bir dövlətdir. Yəni bütövlükdə, Azərbaycan fərqli bir reallıq yaradıb və bu yeni reallıqlara uyğun qarşımızda yeni çağırışlar, vəzifələr durur.
Ə.Tağıyev YAP Lerik rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Lerik rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43

