Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının XI hesabat konfransı keçirilib
17.08.2021 [14:17]
Avqustun 14-də Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Lənkəran şəhər təşkilatının sədri Möhübbət Babayev hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, YAP bu gün sürətlə inkişaf edən, xalqımızın bütün təbəqələrini özündə birləşdirən, möhkəm sosial bazası olan qüdrətli siyasi qüvvəyə çevrilib. Yarandığı gündən Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyi ilə müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı və xalqımızın tərəqqisi yolunda misilsiz xidmətlər göstərmiş Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin Sədrliyi ilə ölkəmizin ictimai-siyasi həyatında ən qabaqcıl mövqe tutur.
Qeyd olunub ki, YAP Lənkəran şəhər təşkilatının 142 ərazi ilk partiya təşkilatında 11602 partiya üzvü təmsil olunur. Onların 43 faizini qadınlar, 20 faizini isə gənclər təşkil edir.
Sonra YAP Lənkəran şəhər təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Nibuvvət Allahverdiyevin hesabatı dinlənilib.
Müzakirələr zamanı Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, şəhər təşkilatı İdarə Heyətinin üzvü, Lənkəran Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri, şəhid atası Kamran Kazımov, şəhər təşkilatı İdarə Heyətinin üzvü, Lənkəran şəhər Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Güloğlan Bağırov, YAP şəhər təşkilatının Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollec ərazi ilk partiya təşkilatının sədri Ruslan Həmidov çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir. YAP-ın 29 ildə əldə etdiyi uğurlardan bəhs edən Ə.Tağıyev vurğulayıb ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir.
XI hesabat konfransının keçirilməsi münasibətilə YAP Lənkəran şəhər təşkilatının üzvlərini təbrik edən Ə.Tağıyev təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda YAP Lənkəran şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

