YAP Oğuz rayon təşkilatının XI hesabat konfransı keçirilib
14.08.2021 [00:36]
Avqustun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Azərbaycanın xilaskarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün gücünü və bacarığını xalqa xidmətə yönəldərək mühüm uğurlara imza atıb. Ümummilli Lider Heydər Əliyevin zəngin təcrübəsi və gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir.
S.Məhərrəmov qeyd edib ki, YAP Oğuz rayon təşkilatı öz sıralarında 4866 nəfər partiya üzvünü 68 ərazi ilk partiya təşkilatında birləşdirir. Onlardan 2042 nəfərini qadınlar, 1671 nəfərini isə gənclər təşkil edir. Hesabat dövründə 362 nəfərin partiya sıralarına qəbul edilib.
Sonra YAP Oğuz rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Allahverdi Allahverdiyevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, YAP Oğuz rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Mehriban Abbasova, rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alcanov, Rayon Ağsaqqallar şurasının üzvü Emin Əzimli hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində gördüyü işlər, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl, həmçinin bu təməl üzərində ölkəmizin son 18 ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar və tarixi Zəfərimiz bundan sonra da respublikamızın dayanıqlı inkişafını təmin edəcəkdir.
Ə.Tağıyev vurğulayıb ki, sözlə əməl birliyini, monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının 29 ildə əldə etdiyi uğurların miqyası böyükdür. Partiyanın VII Qurultayında qəbul olunan qərarlar qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradır. YAP Oğuz rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirən Ə.Tağıyev təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Oğuz rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

