Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində Milli Debat Proqramının ilk təlimi keçirilib

YAP Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində Milli Debat Proqramının ilk təlimi keçirilib

11.08.2021 [09:17]

Avqustun 10-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində Milli Debat Proqramının ilk təlimi keçirilib.
Təlimdə çıxış edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova ilk olaraq Milli Debat Proqramı ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində Milli Debat Proqramı vasitəsilə iştirakçıların nitq mədəniyyətini inkişaf etdirmək, arqumentləşdirmə, əsaslandırma, araşdırma bacarıqlarını təkmilləşdirmək, onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə fəallığının artırılması nəzərdə tutulub. Qeyd edib ki, təlim layihə iştirakçılarının bu sahədə bilik və bacarıqlarını daha da inkişaf etdirəcək. Onun sözlərinə görə, proqram çərçivəsində 4 təlim keçiriləcək.
Ü.Axundova bu təlimlərdə iştirakçıların da fəal olmalarının vacibliyini diqqətə çatdırıb. Təlim dövründə iştirakçılara veriləcək 20 modul əsasında onlar keyslərini yaradacaq və təqdimat mərasimində münsiflər qarşısında öz çıxışlarını düzgün şəkildə qurmağa çalışacaqlar.
Təlim iştirakçıların layihənin modulları ətrafında çıxışları ilə davam edib.

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31