YAP Abşeron rayon təşkilatının XI hesabat konfransı keçirilib
03.08.2021 [09:29]
Avqustun 2-də Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, hesabat dövründə YAP Abşeron rayon təşkilatı təsdiq edilmiş tədbir və iş planlarına uyğun olaraq fəaliyyət göstərib. Əsas diqqət rayonda təşkilatlanma işlərinin genişlənməsinə, ideoloji-təbliğat istiqamətində fəaliyyətin güclənməsinə yönəlib. B.Vəliyev qeyd edib ki, partiya sıralarına qəbulun keyfiyyətinin yaxşılaşdırılması, ərazi ilk partiya təşkilatlarının işinin təkmilləşdirilməsi və gənclərin partiya sıralarına gəlməsi hər zaman diqqət mərkəzindədir. Vurğulanıb ki, YAP Abşeron rayon təşkilatının üzvlərinin sayı 9156 nəfərdir. Onların 5669 nəfəri qadın, 2700 nəfəri isə gənclərdən ibarətdir. 2021-ci ilin 6 ayında təşkilat sıralarına 126 nəfər qəbul edilib.
Sonra YAP Abşeron rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun üzvü Elgün İsgəndərovun məruzəsi dinlənilib.
Müzakirələr zamanı YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvü, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvü, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvləri Təyyubə Hüseynova və Könül İbrahimova, YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Ləman Şərifova çıxış edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən Partiyanın Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan ölkəmizin həyatında önəmli rol oynadığını bildirib. O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkənin siyasi palitrasında milli maraqları təmsil edən avanqard siyasi qüvvə olaraq hər zaman xalqımızın ali mənafeyinin ifadəçisi kimi çıxış edir.
Ə.Tağıyev Yeni Azərbaycan Partiyasının VII qurultayında mühüm qərarlar qəbul olunduğunu, partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxış etdiyini vurğulayıb. Eyni zamanda, yeni qəbul olunmuş partiya Nizamnaməsinə əsasən, yerli təşkilatların üzərinə düşən vəzifələri diqqətə çatdırıb, YAP Abşeron rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, konfransda YAP Abşeron rayon təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

