Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
24.06.2021 [09:29]
İyunun 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının videoformatda XII hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Xətai rayon təşkilatının sədr əvəzi Yeganə Qurbanova hesabat məruzəsi ilə çıxış edib. Yeganə Qurbanova bildirib ki, 30 illik müstəqillik tarixinə malik olan Azərbaycanın inkişafında, qazanılan uğurlarda Yeni Azərbaycan Partiyasının xüsusi payı var. Onun sözlərinə görə, partiyamızın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasəti Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində də Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək Qarabağımızı işğaldan azad edib, böyük zəfərə imza atıb.
Məruzədə qeyd olunub ki, YAP Xətai rayon təşkilatı 1993-cü il fevralın 13-də təsis olunub. Yarandığı zaman təşkilat özündə 25 ərazi ilk partiya təşkilatını və 500 nəfər üzvü birləşdirirdi. Hal-hazırda isə YAP Xətai rayon təşkilatında ilk ərazi təşkilatlarının sayı 132, üzvlərinin sayı isə 16 min 600 nəfərdir. XI konfransdan ötən dövr ərzində rayon təşkilatının sıralarına 840 nəfər daxil olub. Onların 404 nəfəri gənclər, 327 nəfəri isə qadınlardır. Ümumilikdə, təşkilat üzvlərinin 4 min 229 nəfərini gənclər, 8 min 74 nəfərini isə qadınlar təşkil edir. Təşkilat YAP-ın Nizamnaməsinə və Mərkəzi Aparatın tövsiyələrinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını layiqincə yerinə yetirməyə çalışır.
Bildirilib ki, hesabat dövründə koronavirus pandemiyası ilə əlaqədar rayon təşkilatı tərəfindən aztəminatlı ailələrə maddi yardım göstərilib. Eyni zamanda, YAP Xətai rayon təşkilatının nümayəndələri mütəmadi olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə, qazilərə baş çəkir, onlara öz maddi və mənəvi dəstəklərini göstərirlər.
Sonra YAP Xətai rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Məhəmməd İbrahimovun hesabatı dinlənilib.
Daha sonra məruzə ətrafında çıxışlar başlanıb. YAP Xətai rayon təşkilatının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli, YAP Xətai rayon təşkilatının Şura üzvləri Pənah İmanov və Zöhrə Mehdiyeva, YAP Xətai rayon təşkilatının fəal üzvü Emil Aslanlı çıxış edərək YAP Xətai rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkənin siyasi palitrasında milli maraqları təmsil edən avanqard siyasi qüvvə olaraq hər zaman xalqımızın ali mənafeyinin ifadəçisi kimi çıxış edir. Artıq partiyanın yerli təşkilatlarının növbəti hesabat konfranslarına start verildiyini deyən Əhliman Tağıyev YAP Xətai rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, YAP Xətai rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

