Azər Badamov: Ermənilər bu kimi saxta iddialarla öz cinayətlərini ört-basdır etmək istəyirlər
27.04.2021 [08:34]
“Saxta “soyqırımı” iddiası ermənilərin məkrli siyasətinin bir hissəsidir. İstər Türkiyəyə, istərsə də Azərbaycana qarşı hər zaman torpaq iddiası irəli sürən ermənilər tarixi təhrif etməyə çalışırlar. Ermənilərin bu qondarma iddiasından siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışanlar isə tarixin təhrif olunmasına bu və ya digər şəkildə kömək etməyə cəhd göstərirlər. Bu yolverilməz və qəbulolunmazdır”. Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkilinin sözlərinə görə, son dövrlərdə qondarma “soyqırımı” iddialarını gündəmə gətirməyə çalışan bəzi xarici güclər regionda yaranan yeni siyasi reallıqlardan narahatlıq keçirənlərdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qəti qələbəsi və müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstək erməni lobbisini və onun arxasında duran gücləri yenidən saxta tarix üzərindən manipulyasiya etməyə sürükləyib: “Ermənilər heç bir zaman “soyqırımı”na məruz qalmayıblar, tam əksinə türklərə, azərbaycanlılara qarşı soyqırımı törədiblər. 1918-ci ildə Bakıda və ölkəmizin digər regionlarında minlərlə insanı qətlə yetirən, 1992-ci ilin fevralında Xocalıda günahsız dinc əhaliyə amansız divan tutan ermənilər, əslində, bu kimi saxta iddialarla öz cinayətlərini ört-basdır etmək istəyirlər. Bu saxta iddianı dilə gətirən ABŞ Prezidenti bilməlidir ki, bu hüquqi baxımdan da yolverilməzdir. Yeri gəlmişkən, aprelin 24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub və Azərbaycan Prezidenti bir daha bu qərarın yanlış olduğunu deyib, onu tarixi səhv adlandırıb. Bu baxımdan, saxta iddialar üzərindən Türkiyəyə və ya Azərbaycana qarşı hər hansı bir təzyiq imkanı qazanacağını düşünənlər səhv edirlər”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

