/ / YAP Gənclər Birliyi “Azərbaycan gənclərinin beynəlxalq arenada təmsilçiliyi” mövzusunda təqdimat keçirib
YAP Gənclər Birliyi “Azərbaycan gənclərinin beynəlxalq arenada təmsilçiliyi” mövzusunda təqdimat keçirib
09.04.2021 [09:01]
Aprelin 8-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan gənclərinin beynəlxalq arenada təmsilçiliyi” mövzusunda Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədovla görüşü keçirilib.
Partiyadan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından danışıb, gənclərin beynəlxalq təmsilçiliyindən bəhs edib. B.İslamov mövzunun aktuallığını qeyd edərək, Ramin Məmmədovun fəaliyyəti haqqında da görüş iştirakçılarına məlumat verib.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Onun sözlərinə görə, YAP Gənclər Birliyi də ötən dövrdə inkişaf edərək sıralarını genişləndirib.
R.Məmmədov qeyd edib ki, Azərbaycan gəncləri müstəqil dövlətimizi beynəlxalq müstəvidə uğurla təmsil edir: “Bilirsiniz ki, ötən dövr ərzində xarici siyasətimizin əsasını Dağlıq Qarabağ probleminin həlli təşkil edirdi. Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermirdi. 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olundu. Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan gəncləri də beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində səmərəli fəaliyyət göstərib. Bu baxımdan, YAP Gənclər Birliyinin üzvlərinin fəaliyyəti də təqdirəlayiqdir”.
Deputat söyləyib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev fəaliyyətində gəncliyin inkişafına xüsusi diqqət yetirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri dövlətimizi beynəlxalq müstəvidə də layiqli təmsil edirlər.
R.Məmmədov, həmçinin YAP Gənclər Birliyinin ötən dövr ərzində beynəlxalq əlaqələrindən danışıb, bu əlaqələrlə bağlı məlumatları slaydlarla təqdim edib. Bildirilib ki, YAP Gənclər Birliyi İCAPP Gənclər Qolunun təsis olunmasında fəal iştirak edib və hazırda YAP-ın nümayəndəsi təşkilatın həmsədrlərindən biridir. Eləcə də, YAP Gənclər Birliyi Avropanın nüfuzlu DEMYC gənclər təşkilatının tam hüquqlu üzvüdür. Bundan əlavə, YAP Gənclər Birliyi bir sıra beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə fəal əməkdaşlıq edib. O, fəal beynəlxalq əlaqələrin Azərbaycanın dünyada tanıdılması işində vacib rolunu vurğulayıb.
Milli Məclisin deputatı əmin olduğunu bildirib ki, YAP Gənclər Birliyinin yeni heyəti də ölkəmizi və partiyanı beynəlxalq müstəvidə uğurla təmsil edəcək. O, bu yolda YAP Gənclər Birliyinə uğurlar arzulayıb.
Daha sonra Ramin Məmmədov YAP Gənclər Birliyinin üzvlərinin suallarını cavablandırıb, görüş diskussiya şəraitində davam edib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

