Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin iclası keçirilib
12.03.2021 [09:12]
Martın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.
Əvvəlcə iclasda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Tahir Budaqov qeyd edib ki, qurultayda partiyamızın sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi YAP üzvləri qarşısında yeni vəzifələr müəyyələşdirir. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu deyən YAP sədrinin müavini bununla da müasir Azərbaycanın tarixində yeni səhifənin açıldığını söyləyib. Onun sözlərinə görə, qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında daha möhtəşəm vəzifələr dayanır. Ona görə də, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində olacaq.
Yeni Azərbaycan Partiyasının Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Tahir Budaqov qeyd edib ki, hər bir şəxs üçün Ulu Öndərin yaradıcısı olduğu partiyanın üzvü olmaq böyük şərəfdir. YAP-ın yaranma tarixindən, o dövrün ictimai-siyasi proseslərindən bəhs edən Mərkəzi Aparatın rəhbəri bildirib ki, 1990-cı illərin əvvəllərində respublikada xaos, anarxiya hökm sürürdü və dövlətçilik məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə Azərbaycanın gələcəyini düşünən ziyalılar Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciət etdilər. YAP yarandıqdan qısa müddət sonra xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı, ölkəni məhv olmaq təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardı.
YAP-ın ötən dövrdə böyük yol keçdiyini deyən Tahir Budaqov söyləyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır. YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Bu baxımdan, YAP qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak etməlidir.
Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən Tahir Budaqov ölkəmizdə gəncliyin inkişafı üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği, Prezidentimizin siyasətinin fəal təbliğatı, milli mənəvi dəyərlərin qorunması və s. sahələrdə fəallığını gücləndirməlidir.
YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir. Artıq bu barədə müvafiq qərar qəbul olunub. Belə ki, Bəxtiyar Qabil oğlu İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda, 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.
Tahir Budaqov YAP Gənclər Birliyinin yeni rəhbərliyini və üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının, gələn il isə YAP-ın yaranmasının 30 illiyinin tamam olacağını deyən YAP sədrinin müavini bu əlamətdar hadisələr ərəfəsində gənclərin yeni təşəbbüslərlə çıxış etmələrinin vacibliyini vurğulayıb. Bütövlükdə, YAP gəncləri ölkəmizin inkişafı prosesinə öz töhfələrini fəal şəkildə verməlidir.
Tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün səylə çalışacağını vurğulayıb.
İclasda, həmçinin Milli Məclisin deputatları Aydın Hüseynov, Ramin Məmmədov və Cəbi Quliyev çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15

