/ / Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05.03.2021 [09:12]
“Azərbaycan Vətən müharibəsində öz gücünü, xalqımızın yenilməz iradəsini bütün dünyaya göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq. 44 günlük müharibə Ermənistan üçün işğalçılıq müharibəsi idi. Azərbaycan isə müharibəni üç onillik ərzində işğal altında qalan əzəli torpaqlarını geri qaytarmaq, tarixi ədaləti bərpa etmək naminə aparırdı. Döyüşlər bizim torpaqlarımızda gedirdi. Bu amil əsgər və zabitlərimizə döyüşlərə daha cəsarətlə atılmağa əlavə stimul verirdi. Müharibə günlərində Ordumuzun şəxsi heyəti əsl vətənpərvərlik nümunəsi göstərdi. Verilən məlumatlara görə, müharibədə işğalçı Ermənistanın hərbi birləşmələrində təxminən 10 min fərari qeydə alınıb. Bizim Ordumuzda isə bir dənə də olsun belə fakt aşkarlanmayıb. Əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində Silahlı Qüvvələrimiz hər gün yeni bir zəfərə imza atırdı”.
Bu fikirləri qəzetimizə açıqlamasında YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev ifadə edib. O, bildirib ki, müharibədən sonra Azərbaycan cəmiyyətində şəhidlərin xatirəsi böyük hörmətlə anılır, müharibə əlillərinə hər cür ehtiram göstərilir. Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərildiyini deyən H.Qocayev vurğulayıb: “Azərbaycan dövləti daim şəhid ailələrinin və müharibə əlillərinin yanındadır. Yeri gəlmişkən, dövlət başçımız fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə, 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramının reallaşdırılması onlara hərtərəfli dövlət qayğısının bariz ifadəsidir. Qeyd edək ki, respublikamızda bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil bəhs olunan kateqoriyadan olan insanların istifadəsinə verilib. Cari ilin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 3 minə yaxın mənzilin verilməsi nəzərdə tutulub. Bütövlükdə, dövlətimizin başçısının cari ilin yanvar ayında imzaladığı müvafiq Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək”.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

