/ / Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib
19.01.2021 [09:36]
Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, son bir neçə ay ərzində Azərbaycanın həyatında çox ciddi dəyişikliklər baş verib. Onun fikrincə, sözün həqiqi mənasında, Azərbaycan tarixinin yeni mərhələsini yaşamaqdayıq: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altında olan torpaqlarımızı, Qarabağımızı azad etdi. Artıq dünya birliyi də qəbul edir ki, Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Uzun illər problemi danışıqlar yolu ilə həll etməyə çalışsaq da, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi nəticəsində bu baş vermədi. Bu problemi Azərbaycan Ordusu həll etdi. Beləliklə, öz yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş insanların torpaq həsrətinə son qoyuldu. Azərbaycanda 30 il ərzində hamımız üçün üzüntülü ifadə olan “məcburi köçkün” ifadəsi, bu statusu daşıyan insanlar artıq yoxdur”.
Əli Əhmədovun sözlərinə görə, bütün bu amillər cəmiyyətimizin, insanlarımızın həyatında yeni mənəvi-psixoloji məqamlar yaradır. Azərbaycan 30 ildən sonra, ötən il noyabrın 10-dan etibarən qalib dövlət statusuna nail olub. Bu, hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir.
Ölkəmizin qarşısında yeni reallıqlar dayandığını deyən Baş nazirin müavini söyləyib ki, bu reallıqlara uyğun şəkildə gələcək həyatımız qurulacaq: “İşğaldan azad olunmuş Qarabağ torpaqlarında həyatın canlandırılması, infrastrukturun qurulması, insanların bu torpaqlara köçürülməsi üçün zəruri şəraitin yaradılması bizim qarşımızda duran dövr ərzində həyata keçirməli olduğumuz vacib vəzifələrdir. Nəticə etibarilə Prezidentimizin rəhbərliyi ilə qarşıya qoyulan vəzifələr layiqincə həyata keçirildiyi kimi, o cümlədən Qarabağın işğaldan azad olunması kimi çox çətin vəzifə uğurla reallaşdırıldığı kimi, işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlandırılması istiqamətində də nəzərdə tutulan proqramlar böyük müvəffəqiyyətlə həyata keçiriləcək. Çox yaxın zamanlarda Azərbaycan tamamilə yeni simada olacaq”.
Əli Əhmədov diqqətə çatdırıb ki, bütün bunlar Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrə də öz təsirini göstərir. Onun sözlərinə görə, YAP müharibə dövründə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyi kimi, bundan sonrakı quruculuq dövründə də qarşıda duran işləri uğurla yerinə yetirəcək. İnanırıq ki, partiyamızın fəalları bu prosesdə yaxından iştirak edəcək, quruculuq işlərinə öz töhfələrini verəcəklər.
Bununla belə YAP Sədrinin müavini qeyd edib ki, müharibədə qazanılan zəfər dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi məyus edib: “Onlar ənənəvi əməllərindən əl çəkmirlər. Prezidentin qeyd etdiyi kimi, müxtəlif yerlərdə müharibənin nəticələrinin təftiş edilməsinə cəhdləri səslənir. Əlbəttə ki, bütün bunların hamısı əbəsdir. Amma eyni zamanda, ideoloji cəbhədə, təbliğat sferasında bizim qarşımızda çox ciddi məsələlər dayanır və YAP ideoloji təbliğat sahəsində də yeni şəraitin irəli sürdüyü vəzifələrin həyata keçirilməsi istiqamətində öz səylərini səfərbər edəcək”.
Daha sonra müşavirədə YAP-ın rayon və şəhər təşkilatlarının sədrlərinə qarşıda duran vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

