/ / Ramin Məmmədov: Azərbaycan Vətən müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir
Ramin Məmmədov: Azərbaycan Vətən müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir
15.01.2021 [09:09]
“Azərbaycan Vətən müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir”. Bu fikri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Onun fikrincə, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında keçirilmiş üçtərəfli görüş Cənubi Qafqazın iqtisadi mənzərəsini, nəqliyyat xəritəsini yeni reallıqlar əsasında formalaşdırmağa xidmət edir. Görüşün ən mühüm nəticəsi kimi qiymətləndirilən birgə bəyanat nəinki imzalayan tərəflərin, eləcə də bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açır.
Ramin Məmmədov qeyd edib ki, Azərbaycanın qalib ölkə kimi qatıldığı bu görüşdə əldə olunmuş razılaşma regionda davamlı sülhün, sabitliyin və rifahın əldə olunması üçün əməkdaşlığın zəruriliyini bir daha təsdiqləyir: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, əlbəttə ki, bizim ən böyük nailiyyətimizdir. Yaranmış yeni reallıq əslində, 30 ildir həllini gözləyən münaqişənin bütün regionun inkişafına maneə yaratdığı barədə neçə müddətdir təkrarlanan tezisin nə qədər əsaslı olduğunu bir daha nümayiş etdirir. Artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın inkişafını tormozlayan, sülhə, sabitliyə təhdid kimi qiymətləndirilən düyünə çevrilmişdi. İndi bu düyün çözülüb. Region ölkələrinin əməkdaşlığı, qarşılıqlı faydalı əlaqələr zəncirinin qurulması üçün geniş imkanlar açılıb. Və bu yalnız Azərbaycanın baxışı deyil, regionda maraqları olan bütün ölkələr bu yanaşmanı bölüşür”.
Milli Məclisin deputatı vurğulayıb ki, Ermənistan keçmişə ilişib qalmamalı, indiki reallığa uyğun gələcək fəaliyyət konsepsiyasını müəyyən etməlidir. Bu konsepsiyanın mütləq şərtlərindən biri qonşuların ərazi bütövlüyünə hörmət, əsassız iddia və ittihamlardan imtina etməkdir: “Prezident İlham Əliyev Moskva görüşündə bir daha bu məsələlərə toxundu, Azərbaycanın regionun inkişafı naminə əməkdaşlığa böyük maraq göstərdiyini qeyd etdi. Eyni zamanda, Ermənistanın siyasi elitasına da zəruri mesajlar verdi. Hesab edirəm ki, gələcəyə baxmaq üçün bu görüşdə əldə olunmuş razılaşmaların əhəmiyyəti olduqca yüksəkdir”.
Millət vəkili bildirib ki, istənilən kontekstdə təhlil etdikdə yeni bəyanat Azərbaycanın iqtisadi maraqlarına tam cavab verir. Ramin Məmmədovun fikrincə, sənəd Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsini təmin etməklə yanaşı, region ölkələri üçün də yeni nəqliyyat-kommunikasiya imkanları yaradacaq: “Bugünkü reallıqlar, dünyada və bölgədə gedən proseslər, bir çox ölkələrin qarşılaşdığı problemlər göstərir ki, indi ən optimal yol ən çətin şərtlərdə belə əməkdaşlıq imkanları tapmaqdır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ən böyük uğurlarından biri bütün region ölkələrinə bu cür imkanı yaratmasındadır”.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

