YAP Ağdaş rayon təşkilatı humanitar aksiyaya start verib
14.01.2021 [09:33]
Azərbaycanda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı yüksək səviyyədədir. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsində yaralanmış qazilərimizə dövlət tərəfindən hər zaman davamlı xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hər bir ölkə vətəndaşı tərəfindən də təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir.
Görülən bu işlərə fəal şəkildə qoşulan ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) və onun yerli strukturları da əhalinin həssas təbəqəsinə aid olan bu ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər. YAP Ağdaş rayon təşkilatı da bu istiqamətdə həyata keçirdiyi tədbirləri davam etdirir. Rayon təşkilatı tərəfindən 44 gün davam edən Vətən müharibəsində Ağdaş rayonu üzrə şəhid və qazi hərbçilərimizin ailələrinin ziyarət olunmasını əhatə edən növbəti humanitar aksiyaya start verilib. Humanitar aksiya zamanı ümumilikdə yüzdən artıq ailə ziyarət olunacaq və onlara müvafiq yardımlar ediləcək.
Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazan igidlərimizin ailələrini ziyarət edən rayon təşkilatının əməkdaşları onların mövcud problemlərini, istək və arzularını dinləyərək hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaqlarını, onlara mütəmadi şəkildə lazımi köməkliklərin göstəriləcəyini bildiriblər.
Keçirilən görüşlər zamanı şəhid ailələrinin üzvləri və qazilərimiz dövlətin onlara davamlı diqqət və qayğısının cəmiyyətimiz tərəfindən məmnunluqla qarşılandığını vurğulayıblar. İşğal altında olan torpaqlarımızın azad olunmasına və bununla da onlara qələbə sevinci yaşatdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

