Parlamentdə YAP-ın ərazi ilk partiya təşkilatının tədbiri keçirilib
13.01.2021 [09:55]
Yanvarın 11-də Milli Məclisdə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının 2 saylı ilk ərazi partiya təşkilatının İdarə Heyətinin videoformatda geniş iclası keçirilib. Tədbir iştirakçılarını salamlayan Milli Məclisin Sədri Sahibə Qafarova iclasın işinə uğurlar arzulayıb, yeni - 2021-ci ildə qarşıda duran vəzifələrdən danışıb. Spiker öncə yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirəyə toxunub. Bildirib ki, adı çəkilən tədbirdə ötən ilin yekunlarını çox geniş və konseptual şəkildə təhlil edən dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə görüləcək quruculuq işləri və Ermənistan rəhbərliyinin təxribatçı davranışları ilə bağlı çox dəqiq mesajlar verib.
Sədr vurğulayıb ki, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, 2020-ci ilin ən əsas hadisəsi və ən əsas nəticəsi Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdir, torpaqlarımızın işğaldan azad olunmasıdır. Sahibə Qafarova əminliklə bildirib ki, Vətən müharibəsində əldə olunmuş Zəfər nəinki 2020-ci ilin ən yaddaqalan hadisəsidir, eyni zamanda, tariximizə parlaq hərflərlə yazılmış, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq möhtəşəm bir qələbədir. Bundan sonra yeni bir mərhələnin - quruculuq dövrünün başlandığını qeyd edən xanım Spiker deyib ki, bu dövrdə görüləcək tədbirlər, qarşıda duran vəzifələr müşavirədə cənab Prezident tərəfindən aydın şəkildə ifadə edildi və əminəm ki, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın uğurla, inamla inkişafına töhfə verəcək.
Milli Məclisdə yaradılmış 2 saylı ilk ərazi partiya təşkilatının iclasında 2020-ci ildə ölkəmizdə ilk dəfə olaraq növbədənkənar parlament seçkiləri keçirildiyini xatırladan Spiker bildirib ki, VI çağırış Milli Məclisin martın 10-da keçirilən ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqində irəli sürülən tövsiyələr Milli Məclisin fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən dövrdə Azərbaycan Prezidentinin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün Milli Məclisdə zəruri işlər həyata keçirilib. O cümlədən Vətən müharibəsində Azərbaycan parlament diplomatiyasının bütün imkanları ölkəmizin haqq işi barədə dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub.
İclasda qeyd edilib ki, ötən 2020-ci ildə VI çağırış Milli Məclisin ikisi növbədənkənar olmaqla dörd sessiyası keçirilib. Parlamentin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb.
Azərbaycanın əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının da böyük rolu olduğunu vurğulayan parlamentin Sədri bildirib ki, bu gün YAP-ın ideyaları, fəaliyyəti xalqımız tərəfindən dəstəklənir. Hazırda 760 mindən artıq üzvünün olması YAP-ın potensialını açıq şəkildə nümayiş etdirir.
Sədr öz çıxışında 1992-ci il noyabr ayının 21-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyasının ötən 28 ildə şərəfli inkişaf yolu keçdiyini vurğulayıb. O dövrün gərgin ictimai-siyasi hadisələri fonunda YAP-ın yaranmasını Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP bu gün Azərbaycanın aparıcı siyasi qüvvəsidir və Cənubi Qafqazın ən böyük partiyasıdır.
Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün təbəqələrindən olan insanlar, həmçinin fəal qadınlar üçün geniş imkanlar yaratdığını söyləyən Sahibə Qafarova Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bütövlükdə Azərbaycan qadınları üçün nümunəyə və həyat məktəbinə çevrildiyini qeyd edib. Həmçinin Azərbaycan gənclərinin öz siyasi gələcəklərini məhz YAP-a bağladıqlarını deyib. Vətən müharibəsində YAP üzvü olan gənclərin də torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıq və şücaət göstərdiklərini qürurla qeyd edib.
Çıxışının yekununda Milli Məclisin Sədri ilk partiya təşkilatının İdarə Heyətinə seçiləcək üzvlərə qarşıda duran vəzifələrin icrasında uğurlar arzulayıb.
Sonra iclasda YAP Səbail rayon təşkilatı 2 saylı ilk ərazi partiya təşkilatının fəaliyyətinə dair hesabat dinlənilib. Hesabatı slaydlar formatında təqdim edən ilk partiya təşkilatının sədr əvəzi, Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev statistik icmal, təşkilatda təmsil olunan millət vəkillərinin, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Milli Məclisin struktur bölmələri üzrə təşkilat üzvlərinin faiz indikatoru, habelə islahatlar çərçivəsində təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər paketi barədə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, təşkilat öz fəaliyyətini əsasən, YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.
İclasda YAP-ın Təşkilat şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək əvvəlcə, altıncı çağırış Milli Məclisin fəaliyyətində tətbiq olunan yeniliklərdən danışıb, həyata keçirilən islahatları yüksək qiymətləndirib. O, həmçinin təqdim olunan hesabatın və ilk partiya təşkilatının fəaliyyətinin qənaətbəxş olduğunu bildirib.
YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev çıxışında bildirib ki, ilk dəfədir bu formatda hesabat-seçki iclası keçirilir. O da ilk partiya təşkilatının ötən dövrdəki fəaliyyətinin uğurlu olduğunu bildirib.
Ərazi ilk partiya təşkilatının üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov da çıxışında son dövrlər Milli Məclisdə aparılan islahatların uğurlu nəticələrini qeyd edib. O, həmçinin YAP-ın yaranması, keçdiyi inkişaf yolu haqqında geniş məlumat verərək qeyd edib ki, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası ötən 28 ildə çox böyük inkişaf yolu keçərək Azərbaycan xalqına və dövlətçiliyinə ləyaqətlə xidmət edib.
Ərazi ilk partiya təşkilatı İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Nizami Səfərov da təşkilatın fəaliyyəti haqqında müsbət fikirlərini diqqətə çatdırıb.
Müzakirələr başa çatdıqdan sonra hesabat yekdilliklə qənaətbəxş sayılıb.
Sonra gündəlikdəki ikinci məsələyə baxılıb, təşkilatın İdarə Heyətinin yeni tərkibi seçilib. Adil Vəliyev YAP Səbail rayon təşkilatı Azərbaycan Respublikası Milli Məclisinin 2 saylı ilk ərazi təşkilatının sədri seçilib. İclasda, həmçinin sədr müavinləri və İdarə Heyətinin yeni tərkibi də müəyyənləşib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30

