/ / Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir
Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir
13.01.2021 [09:42]
Yanvarın 11-də Moskvada baş tutan üçtərəfli görüş, əslində, iki aydır davam edən postmüharibə dövründə əldə edilən nəticələrin bir növ hesabatı və bundan sonrakı fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi mahiyyəti daşıyırdı. Üç ölkə rəhbərinin görüşünün olduqca ciddi strateji əhəmiyyəti var idi. Bu görüşü həm noyabrın 10-da imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi. Nəzərə alsaq ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat, əslində, Ermənistanın kapitulyasiya aktına imza atması idi, onda yeni imzalanmış 4 maddəlik bəyanatı elə bu prosesin davamı kimi qiymətləndirə bilərik. Yəni, daha dəqiq desək, bu il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, bəyanatda qeyd olunan əsas məsələlər yol-nəqliyyat infrastrukturunun bərpasına aiddir və bu, hazırkı mərhələdə doğrudan da olduqca prioritet məsələdir. Çünki regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması, bunun 30 ildən çox davam etməsi regional inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə idi. Əslində, hazırkı tarixi mərhələdə iqtisadi inkişafın gətirəcəyi rifah regionda sülh və sabitliyin də davamlı olması üçün başlıca amillərdən biridir. Ona görə də bəyanatda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması, onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi qarşıdakı mərhələdə regionun nəqliyyat-kommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir.
Hikmət Babaoğlunun sözlərinə görə, üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri isə Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir.
Görüşdə önə çıxan əsas məsələlərdən biri də Ermənistan baş nazirinin problemin hələ nizamlanmaması haqqında səsləndirdiyi sərsəm fikirlərin ciddiyə alınmaması və heç bir yazılı sənədə daxil edilməməsi oldu. Azərbaycan Prezidenti isə artıq münaqişənin keçmişdə qaldığını bildirməklə bir daha bu mövzunun spekulyasiya mövzusuna çevrilməsi cəhdinə son qoydu. Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

