/ / YAP-ın Siyasət Akademiyasının “Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun iflası: tarixi, siyasi-diplomatik və hərbi qiymətləndirmə” mövzusunda videokonfrans formatında kursu keçirilib
YAP-ın Siyasət Akademiyasının “Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun iflası: tarixi, siyasi-diplomatik və hərbi qiymətləndirmə” mövzusunda videokonfrans formatında kursu keçirilib
29.12.2020 [09:30]
Dekabrın 26-da Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun iflası: tarixi, siyasi-diplomatik və hərbi qiymətləndirmə” mövzusunda videokonfrans formatında kursu keçirilib.
Əvvəlcə kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu haqqında məlumat verib.
Sonra Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, Milli Məclisin deputatı Anar İsgəndərov mövzu ilə bağlı məruzə edib. O, bildirib ki, ermənilərin bizim tarixi torpaqlarımıza köçürülməsindən sonra regionda mürəkkəb proseslər baş verib. Belə ki, son 200 ildə ermənilər tərəfindən xalqımıza qarşı qətliamlar törədilib, tarixi torpaqlarımızda kənar qüvvələrin dəstəyi ilə Ermənistan adlı dövlət yaradılıb.
Tarixdə baş vermiş hadisələri geniş təhlil edən millət vəkilinin sözlərinə görə, məqsəd “böyük Ermənistan” adlı məkrli bir ideyanı həyata keçirmək olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi də bu zərərli ideologiyanın tərkib hissəsi idi.
A.İsgəndərov qeyd edib ki, 1990-cı illərin əvvəlində Ermənistan torpaqlarımızın 20 faizini işğal etmişdi. Ötən müddət ərzində danışıqlar prosesi davam etsə də, Ermənistan müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadırdı. Bu məqsədlə müxtəlif təxribatlar törədirdi. Nəhayət, bütün bunlar Azərbaycan xalqının səbr kasasını daşırdı. Bu ilin sentyabr ayında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi.
Tarixçi alim söyləyib ki, biz bundan sonra da güclü olmalıyıq ki, düşmənlərimiz bir daha ölkəmizə qarşı torpaq iddiasında olmağa cəsarət etməsinlər. Eyni zamanda, hər zaman gənclərimiz tariximizi dərindən öyrənməli, dostumuzun və düşmənimizin kim olduğunu unutmamalıdırlar.
Daha sonra kurs iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49

