/ / Məhəbbət İbrahimova: Azərbaycan Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və Ordumuzun gücü hesabına böyük qələbə qazandı
Məhəbbət İbrahimova: Azərbaycan Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və Ordumuzun gücü hesabına böyük qələbə qazandı
24.12.2020 [09:46]
“Müstəqil Azərbaycan dövləti Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində böyük inkişaf yolu qət edib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə müstəqil, qüdrətli və nüfuzlu ölkə kimi tanınır. Bunu təmin edən əsas amil məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdir”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar bütün sahələrin inkişafını təmin edib, gələcək inkişaf üçün güclü baza yaradıb: “Bu siyasət Azərbaycanın gələcək inkişafını təmin etmək iqtidarındadır. Bu səbəbdən Azərbaycan vətəndaşları ölkəmizin inamlı sabahı, xalqımızın rifahı üçün cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyirlər”.
M.İbrahimova əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli sosial-iqtisadi siyasət nəticəsində inkişafın Azərbaycan modelinin əsası qoyulub: “Azərbaycan dünyaya yeni iqtisadi inkişaf modeli təqdim edib və bu, bir çox ölkələr üçün nümunədir. İdarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib. İnfrastruktur layihələri uğurla reallaşdırılıb, o cümlədən ötən 17 ildə ölkəboyu 700-ə qədər tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqlarla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Bu amil COVID-19 pandemiyası ilə mübarizədə öz sözünü deyir. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir ki, bu da Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının dayandığını göstərir”.
M.İbrahimova söyləyib ki, bu gün ən mühüm hadisə Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunmasıdır: “Ali Baş Komandanın müdrikliyi, qətiyyəti və Azərbaycan Ordusunun öz gücü və qüdrəti hesabına Azərbaycan böyük qələbə qazandı. Hazırda Azərbaycanın üçrəngli bayrağı Qarabağın ən yüksək zirvələrində dalğalanır. Bütün dünya ictimaiyyəti də Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha gördü. Bizə bu xoşbəxtliyi yaşatdığı üçün Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevə minnətdarıq”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

