/ / YAP-ın Siyasət Akademiyasının Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həll yolu və yeni sülh prosesi mövzusunda kursu keçirilib
YAP-ın Siyasət Akademiyasının Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həll yolu və yeni sülh prosesi mövzusunda kursu keçirilib
01.12.2020 [08:59]
Noyabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Siyasət Akademiyasının “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: hərbi həll yolu və yeni sülh prosesi” mövzusunda videokonfrans formatında kursu keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu barədə məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsi dövründə qazandığı parlaq Qələbədən bəhs edib.
Sonra YAP İcra Katibliyinin Təşkilat şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov mövzu haqqında məruzə ilə çıxış edib. A.Hüseynov qeyd edib ki, Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həllinə ümid edirdi. Bu baxımdan, konstruktivlik nümayiş etdirərək sülh prosesinə sadiqlik nümayiş etdirirdi. Amma işğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu qoruyub saxlamağa çalışırdı. Eyni zamanda, münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmayıb, təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər.
A.Hüseynov bildirib ki, belə olan halda sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayıb. Qırx dörd gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı böyük qələbə qazanıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək bu qələbəni təmin ediblər. Döyüş meydanında qazanılan uğurlarımız Nikol Paşinyanı məcbur edib ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bəyanatı imzalasın. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bütövlükdə, bu Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərib. Bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirib. Qazandığımız qələbədə bu amil müstəsna rol oynayır. Eyni zamanda, qələbəmiz “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” deyən beynəlxalq dairələrə bir cavab olub. Artıq münaqişənin hərbi mərhələsi başa çatıb. Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən razılaşmaların həyata keçirilməsi davam edir”.
Daha sonra Aydın Hüseynov kurs iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

