/ / ATƏT-in Minsk qrupu erməni rəzilliyinin himayədarı statusunu “şərəflə” müdafiə etməkdə davam edir
ATƏT-in Minsk qrupu erməni rəzilliyinin himayədarı statusunu “şərəflə” müdafiə etməkdə davam edir
28.10.2020 [08:56]
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən gün xalqa növbəti müraciətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllində bitərəf deyil, konkret olaraq tərəf olduğunu bəyan etdi. Dövlət başçımız çox açıq və konkret şəkildə bəyan etdi ki, münaqişənin həllində yardımçı olmalı olan ATƏT-in Minsk qrupu ötən bu illər ərzində, yalnız və yalnız işğalçının mövqeyini müdafiə etmiş, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına hüquqi don geyindirməyə çalışmışdır.
Prezident İlham Əliyev müraciətində aşkar və hər kəsin anlayacağı bir dillə bəyan etdi ki, biz artıq bu cür sonu görünməyən və mənasız danışıqlardan boğaza yığılmışıq. Buna bir son verilməli idi. Haqqı tapdalanmış Azərbaycan xalqının iradəsi ortadadır. Bizim tələb etdiyimiz haqqı beynəlxalq hüquq da müdafiə edir. Bəs prosesin yekunlaşmasına, münaqişənin birdəfəlik həll edilməsinə mane olan nədir? Bu maneələri hər birimiz açıq-aydın görürdük. Amma danışıqların birbaşa iştirakçısı kimi Prezident İlham Əliyev daha çox şeylər bilirdi. O, Qarabağ ətrafında hansı mənfur oyunların getdiyini daha yaxşı görürdü. O, daha çox təzyiqlərlə üzləşirdi və bu təzyiqlərə Azərbaycan naminə sinə gərirdi. Təbii ki, münaqişə açıq müstəvi - hərb müstəvisinə keçəndən sonra ATƏT-in Minsk qrupunda həmsədrliyi bölüşən ölkələr özlərinin əsl simalarını gizlədə bilmədilər. Maska yırtıldı və bu həmsədr maskasının arxasından erməni üfunəti yayılmağa başladı. Bu yerdə təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev daha susa bilmədi.
Nəhayət, Qarabağ ətrafında buzlar sentyabrın sonlarından əriməyə başladı. Elə bu buzların əriməsində Ermənistanın, erməni təxribatının, ermənilərin daha çox torpaq qoparmaq hərisliyi də əsas rol oynadı. Lakin Azərbaycanın qətiyyətli iradəsi ortada idi. Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu erməni təxribatına qarşı layiqli cavab verdi və bu atəşkəs-atəşkəs oyunundan birdəfəlik yaxa qurtarmaq üçün əks-hücum keçdi. Bu, Azərbaycan xalqının uzun illər gözlədiyi gün idi. Ermənilər it kimi qaçır, çaqqal kimi hücuma cəhd edirdilər. Ermənilərin gözləntiləri, erməni ordusu haqqında mif əsgərlərimizin ilk həmləsindəcə sabun köpüyünə döndü. Bu yerdə tülkü xislətli ermənilər yenidən havadarlarının ətəyindən yapışdılar, Ali Baş Komandanımız demişkən, vasitəçilərin dabanlarını yalamağa başladılar. Təbii ki, həmişə sülh tərəfdarı olmuş Azərbaycan münaqişənin dinc yolla həllinə yönəlik danışıqlara razılıq verdi. Bəs nəticəsi?
Ermənistan, onun başıpozuq, azğın, terrorçu dəstələri ilk dəfə olaraq Moskvada əldə olunmuş humanitar atəşkəs rejimini pozdular. Birinci atəşkəs ermənilərin özlərinin aramsız yalvarışları sayəsində Rusiyanın vasitəçiliyi ilə əldə olundu. Moskvada atəşkəs haqqında bəyanatın mətni elan olunandan bir neçə saat sonra ermənilər onu dəfn etdilər. Növbəti dəfə atəşkəs haqda razılıq ermənilərin bu münaqişədə açıq-aşkar himayədarı Fransanın vasitəçiliyi ilə əldə edildi. Bu dəfə isə rəsmi Paris özünə “kiçik bacı” hesab etdiyi ermənilərin ənənəvi həyasızlığı ilə üzləşməli oldu.
Nəhayət, ATƏT-in digər həmsədi olan ABŞ, taleyi əvvəlcədən hər kəsə bəlli olan bu missiyanı öz üzərinə götürdü. Görüşdən sonra D.Trampın erməni seçicilərin könlünü almağa hesablanmış bəyanatı gözlənilən idi. Elə Trampın “erməni sevgisi” üzərində köklənmiş nikbin notlu bəyanatı bu danışıqlarda əldə olunmuş “nəticə”yə deyil, erməni seçicilərin dəstəyinə hesablanmışdı. ABŞ-da münaqişənin həllinə dair yüksəksəviyyəli gurultulu bəyanatlar elə erməni toplarının gurultusu altında eşidilməz oldu. Rusiya Federasiyası Senatının üzvü Puşkovun əvvəlcədən dediyi kimi, ABŞ nəyə istinad edirdi və rəsmi Vaşinqton ermənilərin ipinin üstünə odun yığanda onun üzərinə Yerevan tərəfindən benzin töküləcəyini bilmirdimi?
Və nəhayət, beynəlxalq birliyin erməniləri ipə-sapa yatırmaq, onları beynəlxalq hüququn sərt tələblərinə riayət etmək çağırışı ənənəvi fiaskosunu yaşadı. Və siz vasitəçilər, erməni havadarları, erməni sevərlər nə vaxtadək bütün beynəlxalq norma və prinsipləri, humanitar tələbləri saymazyana, kobudcasına tapdalayan Ermənistanın qudurğan davranışlarına dözəcəksiniz? Bu yerdə, bəlkə də, etik çərçıvədən bir qədər uzaq olsa da, belə bir sual yerinə düşür. Sizlər - ATƏT-in Minsk qrupunun həmsədrləri, erməni havadarları, nə vaxta qədər özünüzü alçaldacaqsınız? Nə vaxta qədər rəzillik nümayiş etdirəcəksiniz?
Hüseyn Paşayev
YAP Mətbut xidmətinin rəhbəri, YAP Siyasi Şurasının üzvü
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

