/ / YAP beynəlxalq siyasi partiya təşkilatlarına, dünya ölkələrinin hakim və eləcə də aparıcı siyasi partiyalarına növbəti müraciət ünvanlayıb
YAP beynəlxalq siyasi partiya təşkilatlarına, dünya ölkələrinin hakim və eləcə də aparıcı siyasi partiyalarına növbəti müraciət ünvanlayıb
07.10.2020 [08:55]
Yeni Azərbaycan Partiyası (YAP) sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi hərbi təxribat nəticəsində başlayan döyüşlər və Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda mübarizəsi ilə əlaqədar, əməkdaşlıq etdiyi siyasi partiya birliklərinə və siyasi partiyalara növbəti müraciət ünvanlayıb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə bildirilir ki, 30 ildir Azərbaycan ərazilərinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyon azərbaycanlı etnik təmizləmənin qurbanı olub. Bu illər ərzində ATƏT-in Minsk qrupu tərəfindən aparılan vasitəçilik missiyası Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından müsbət nəticəyə nail olmayıb. Erməni tərəfinin mövqeyi çox müxtəlif üsullarla status-kvonu saxlamaqdan ibarətdir: “Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məskənlərini və mülki obyektlərini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutması nəticəsində 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurma kəskin şəkildə gərginləşib. Ermənistan tərəfi intensiv şəkildə dinc şəhərləri hədəfə aldığından mülki əhali arasında çoxlu ölən və yarananlar var, mülki infrastruktur ciddi dağıntılara məruz qalıb. Ermənistanın silahlı qüvvələri heç cür haqq qazandırıla bilməyən açıq təxribat törədərək oktyabrın 4-də münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni, sənaye mərkəzi olan Mingəçevir şəhərini raket atəşinə tutub. Dinc əhali arasında yaralanan və ölənlər var, infrastruktura ciddi ziyan vurulub.
Hazırda Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda döyüş əməliyyatlarını həyata keçirir. Döyüşlərin dayandırılmasının və münaqişənin nizama salınmasının yeganə ədalətli şərti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasıdır. Bütün Azərbaycan cəmiyyəti, ölkənin siyasi partiyaları və vətəndaş cəmiyyəti təsisatları 30 il davam edən işğala qarşı ədalətli mübarizə ideyası ətrafında sıx birləşərək, vahid mövqe nümayiş etdirir.
Erməni işğalı və hazırkı şəraitdə dinc əhalinin atəşə tutulması Cənubi Qafqazda, bütövlükdə regionda sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqdadır. Beynəlxalq ictimaiyyət erməni işğalına son qoyulmasına, bir milyon məcburi köçkün azərbaycanlı əhalinin öz yurd-yuvalarına qayıtmasına lazımi dəstək göstərməlidir. Ermənistanın müharibə partiyasının əməlləri, qonşu ölkələrin torpaqlarını işğal etmək niyyətləri qətiyyətlə pislənməlidir”.
“İşğalçılıq, etnik təmizləmə və etnik nifrət XXI əsrin ideologiyası ola bilməz və olmamalıdır. İşğalçılıq və etnik təmizləmə ideologiyasına qarşı yalnız beynəlxalq birlik və həmrəylik dura bilər və durmalıdır. Buna görə də biz sizi Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək istiqamətində ədalətli mübarizəsini dəstəkləməyə çağırırıq”, - deyə müraciətdə qeyd edilir.
Müraciət Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına (İCAPP), Mərkəzçi Demokrat İnternasionalına, Avropa Xalqları Partiyasına, Türkiyənin Ədalət və İnkişaf Partiyasına, Rusiyanın “Vahid Rusiya” (“Edinaə Rossiə”) Partiyasına, Ukraynanın “Sluqa naroda” Partiyasına, “İsrail bizim evimizdir” Partiyasına, Çin Kommunist Partiyasına, Cənubi Koreyanın Demokrat Partiyasına, Yaponiya Liberal-Demokrat Partiyasına, Vyetnam Kommunist Partiyasına, Qazaxıstanın “Nur Otan” Partiyasına, Macarıstanın “FİDESZ” Partiyasına, eləcə də Pakistanın, Malayziyanın, Banqladeşin, Laosun, İndoneziyanın, Rumıniyanın, Bolqarıstanın, Serbiyanın və digər ölkələrin, bütövlükdə Avropa və Asiyanın 34 ölkədən 54 siyasi partiyalarına, eləcə də bir sıra beynəlxalq təşkilatlara ünvanlanıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

