Azərbaycanın beynəlxalq səviyyədə böyük nüfuza malik olması işğalçı Ermənistanı narahat edir
23.09.2020 [09:13]
Məlum olduğu kimi, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında zaman-zaman qeyri-qanuni fəaliyyətlərə rəvac verilir. Elə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal altında olan ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmaya dair faktlar bu qəbildəndir. Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində həmin torpaqlarda bir nəfər də olsun azərbaycanlı qalmayıb. İndi isə işğalçı ölkə tərəfindən həmin torpaqlarda qeyri-qanuni məskunlaşdırma həyata keçirililir. Daha doğrusu Ermənistanın əvvəlki hakimiyyətləri tərəfindən əsası qoyulan bu qeyri-qanuni məskunlaşdırma siyasəti hazırda Paşınyan rejimi tərəfindən də davam etdirilir ki, bu da beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokolların müvafiq müddəalarının kobud şəkildə pozulmasıdır. Eyni zamanda, işğalçılar Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə dağıdır, tarixi-mədəni abidələri talan edirlər. Onu da vurğulamaq yerinə düşər ki, bu cür faktları mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran Azərbaycan tərəfi Ermənistanın işğalçılıq siyasətini ifşa edir.
Yuxarıda qeyd olunduğu kimi, Ermənistan hazırda da işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası, oradan isə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi hədəflənir. Hətta sosial şəbəkələrdə Livandan gətirilən erməni ailələrinin qədim tarixi şəhərimiz Şuşada yerləşdirilməsi barədə məlumatlar yer alıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra ölkə telekanalarına müsahibəsində bu məqama da toxunub. Dövlət başçısı Ermənistan hakimiyyətinin, son dövrlərdə əl atdığı təxribatlarda, o cümlədən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda qeyri-qanun məskunlaşdırmada əsas hədəflərinin nədən ibarət olduğunu açıqlayıb: “Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Onların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur - onlar bunu nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır, bizi təxribata çəkirlər”.
Beləliklə, işğalçı Ermənistanın mövcud hakimiyyətinin bu cür təxribatlara əl atmasının arxasında dayanan səbəblərdən biri mövcud status-kvonu saxlamaq istəyi ilə bağlıdırsa, digər səbəb də Azərbaycanın inkişafı fonunda işğalçı ölkənin düşdüyü acınacaqlı durumla bağlıdır. Yəni, görünən odur ki, Azərbaycanın inkişafı və regionda aparıcı mövqeyə malik olması, beynəlxalq səviyyədə nüfuzunun artması işğalçı Ermənistanı narahat edir. Ona görə də düşmən müxtəlif təxribatlara əl atır.
Yadigar Nağıyev
YAP Səbail rayon təşkilatının
idarə heyətinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

