Yeni Azərbaycan Partiyasının gəncləri Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıblar
22.09.2020 [08:42]
Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir: “Son zamanlar işğalçı Ermənistanın siyasi, hərbi, informasiya və digər sahələrdə Azərbaycana qarşı yönəldilmiş təxribatları daha intensiv xarakter almışdır. Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesini tamamilə pozan bəyanatları bu ölkənin Azərbaycanla cəbhə xəttində və sərhəd bölgələrində mülki Azərbaycan vətəndaşlarının və yaşayış məntəqələrinin hədəfə alınması ilə törədilən hərbi təxribatlarla müşayiət olunmaqdadır.
Bu ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb, düşmənə sarsıdıcı zərbə vurulub. Azərbaycan Ordusu düşmənin növbəti təxribatlarının, eləcə də kəşfiyyat-diversiya qrupunun məkrli əməliyyatının da qarşısını alıb, Ermənistanın sərhəd bölgələrində məqsədli şəkildə təxribatlar törətmək planlarını ifşa edib.
Bununla belə, öz çirkin əməllərindən əl çəkməyən Ermənistan dövləti 30 ilə yaxındır ki, işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun ərazilərindən qanunsuz hərbi birləşmələrin və terrorçu təşkilatların sığınacaq və təlim məkanı kimi istifadə etməkdədir. Bu məqsədlə Suriyadan, Livandan muzdlular, ASALA və digər terror təşkilatlarının üzvlərinin işğal olunmuş ərazilərdə kütləvi yerləşdirilməsi həyata keçirilir. Beyrutda baş vermiş məlum partlayışdan sonra Dağlıq Qarabağda erməni ailələrinin məskunlaşdırılması istiqamətində yeni kampaniyaya başlayan Ermənistan Livan ermənilərini də öz işğalçı siyasətinin alətinə çevirməkdədir. Ermənistanın bu fitnəkar əməli BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində qəbul edilmiş sənədlərə tamamilə ziddir.
Ermənistanın bütün təxribatlarına Azərbaycan öz xalqının birliyi, iradəsi, dövlətinin və ordusunun gücü ilə layiqli cavab verir. İyul döyüşlərindən sonra Azərbaycan cəmiyyətinin dövlətə və orduya dəstək nümayişi, on minlərlə gəncin könüllü olaraq orduya yazılması düşməni təşvişə salmışdır. Heç bir təxribat Azərbaycan dövlətini ərazi bütövlüyünün bərpa olunması istiqamətində ardıcıl, qətiyyətli və ədalətli mübarizəsindən döndərə bilməz. Yeni Azərbaycan Partiyasının gəncləri olaraq, işğalçı Ermənistanın istənilən təxribatının qarşısını almağa, düşmənə sarsıdıcı zərbə endirməyə qadir olan qəhrəman Azərbaycan Ordusunun sıralarında Vətənimizin ərazi bütövlüyü naminə Ali Baş Komandan, Prezident İlham Əliyevin hər bir əmrini fədakarcasına yerinə yetirməyə hazır olduğumuzu bir daha bəyan edirik. Qoy yağı düşmən unutmasın ki, sıralarımızdakı yüzlərlə, minlərlə Mübariz İbrahimovlar, Polad Həşimovlar Ali Baş Komandanın bir əmri ilə işğalçıları darmadağın etməyə tam hazırdır”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

