/ / YAP Abşeron rayon təşkilatında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş abşeronlu gənclərlə onlayn görüş keçirilib
YAP Abşeron rayon təşkilatında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş abşeronlu gənclərlə onlayn görüş keçirilib
17.09.2020 [09:38]
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatında builki qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş abşeronlu gənclərlə onlayn görüş keçirilib.
Görüşdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev gəncləri qazandıqları böyük uğur münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.
Rayon təşkilatının sədri bildirib ki, təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində insan kapitalının inkişafı mühüm yer tutur. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizdə gənclərin yüksək təhsil alması üçün bütün imkanlar yaradılıb. Qəbul imtahanlarında gənclərin yüksək nəticələr qazanması da bu reallığın ifadəsidir.
B.Vəliyev deyib ki, builki qəbul imtahanlarında rayon üzrə 76 nəfər 600-dən, onlardan 20 nəfəri isə 650-dən yuxarı bal toplayıb. Respublika üzrə iki nəfər 700 bal toplayıb ki, onlardan biri də Xırdalan şəhər 1 saylı tam orta məktəbin məzunu Hüseyn Abdullayevdir.
Yeni Azərbaycan Partiyasının da gəncliyin inkişafı üçün önəmli layihələr həyata keçirdiyini deyən B.Vəliyev partiyanın sıralarında intellektual gənclər ordusunun birləşdiyini diqqətə çatdırıb.
Öz növbəsində, qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş gənclər belə bir uğurun qazanılmasının qürurverici olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, bu nailiyyətin əldə edilməsinin əsasında Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı dayanır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

